Yaponiya şirkətləri Azərbaycanda digər sahələrlədə əməkdaşlığa hazırdırlar
Tarix: 31.10.2017 | Saat: 19:56:00 | E-mail | Çapa göndər


“Beynəlxalq Qaz İttifaqı”nın (“International Gas Union”) Tokioda keçirilən iclasında iştirak etmək üçün Milli Məclisin deputatı, Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun həmsədri, SOCAR-ın vitse-prezidenti Muxtar Babayev və SOCAR-ın vitse-prezidenti Elşad Nəsirovdan ibarət nümayəndə heyəti bu gündoğar ölkədə səfərdə olub.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti iclasda iştirak etməklə yanaşı, Yaponiya parlamentinin Nümayəndələr Palatasının üzvü, Azərbaycan-Yaponiya parlamentlərarası işçi qrupunun həmsədri Akira Amari, Baş nazirin idman və səhiyyə məsələləri üzrə müşaviri, Nazirlər Kabineti nəzdində Tokyo-2020 Olimpiya və Paralimpiya Oyunları Komitəsinin baş katibi Takeo Hirata, Baş nazirin xüsusi müşavirləri İsao İicima və Tomohiko Taniquçi, “KEIDANREN” iqtisadi təşkilatının baş direktoru Masakazu Kubota və “ITOCHU” şirkətinin energetika və kimya üzrə prezidenti Masahiro İmai ilə görüşərək iki ölkə arasında əməkdaşlıq məsələlərini müzakirə edib.
Yaponiya Parlamentinin üzvü, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Akira Amari ilə keçirilən görüşdə yapon siyasətçi qrupun 1998-ci ildə ümummilli lider Heydər Əliyevin Yaponiyaya dövlət səfəri zamanı yaradıldığını qeyd edib. A.Amari Azərbaycan-Yaponiya münasibətlərinin inkişafından, xüsusən də iqtisadiyyat və energetika sahəsində əməkdaşlığın hazırki səviyyəsindən Yaponiya tərəfinin məmnunluğunu ifadə edib.
Görüşə görə təşəkkürünü bildirən M.Babayev Yaponiya Nümayəndələr Palatasına oktyabrın 22-də keçirilən seçkilərdə Liberal Demokratik Partiyanın inamlı qələbəsi, A.Amarinin isə artıq 10-cu dəfə aşağı palataya üzv seçilməsi münasibətilə təbriklərini çatdırıb.
A.Amari təbrikə görə minnətdarlığını bildirib və qeyd edib ki, Azərbaycan-Yaponiya parlamentlərarası işçi qrupunun Yaponiya tərəfindən üzvlərinin böyük qismi aşağı palataya yenidən seçilib. Qrupa yeni üzvlər qəbul edildikdən və qrup tam formalaşdıqdan sonra Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İmayılzadə ilə ənənəvi illik görüşün keçirilməsi nəzərdə tutulur.
Cari il sentyabrın 7-də Azərbaycan-Yaponiya diplomatik münasibətlərinin 25 illiyinin qeyd edildiyini xatırladan A.Amari bununla əlaqədar qarşılıqlı rəsmi səfərlərin və tədbirlərin keçirilməsinin məqsədəuyğun olduğunu bildirib. Yaponiya Xarici İşlər Nazirinin parlament işləri üzrə müavini Manabu Horiinin 2017-ci il sentyabrın 14-də Azərbaycana səfərini, səfər çərçivəsində “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun istismarı ilə bağlı sazişin yenilənməsi mərasimində Yaponiya dövləti adından iştirakını, Yaponiyanın “ITOCHU” və “INPEX” şirkətlərinin Azərbaycanda fəaliyyətinin ən azı 2050-ci ilə qədər davam etdiriləcəyini vurğulayıb.
Görüş zamanı M.Babayev və E.Nəsirov iki ölkə arasında enerji sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu, bununla yanaşı turizm, kənd təsərrüfatı, rabitə, əczaçılıq, informasiya texnologiyaları və digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.
A.Amari qeyd olunan istiqamətlərdə iki ölkə arasında münasibətlərin inkişafına dəstək verəcəyini vurğulayıb və qeyd edib ki, əczaçılıq sahəsində əməkdaşlığın qurulmasında xüsusi rol oynayıb.
Növbəti gün nümayəndə heyəti Yaponiya Baş nazirinin idman və səhiyyə məsələləri üzrə müşaviri, Nazirlər Kabineti nəzdində Tokyo-2020 Olimpiya və Paralimpiya Oyunları Komitəsinin baş katibi Takeo Hirata ilə görüşüb.
T.Hirata Azərbaycan ilə Yaponiya arasında əməkdaşlığın inkişafında hələ 1990-cı illərdən yaxından iştirak etdiyini vurğulayıb. Qeyd edib ki, Yaponiya İqtisadiyyat Nazirliyinin enerji üzrə bürosunun baş direktoru kimi dəfələrlə ölkəmizə səfər edib, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən qəbul edilib, Yaponiya şirkətlərinin AÇG və BTC layihələrinə daxil olmasında, “Şimal” qaz-buxar elektrik stansiyasının tikintisində müvafiq rol oynayıb.
Nümayəndə heyətinin üzvləri görüşə görə minnətdarlığını bildirərək, Azərbaycanın hazırki iqtisadi vəziyyəti, qeyri-neft sektorunun, o cümlədən, respublikamızda kənd təsərrüfatı, turizm kimi sahələrin inkişafına xüsusi diqqət yetirildiyi barədə geniş məlumat veriblər.
T.Hirata 2014-cü ildə Azərbaycana səfəri zamanı Prezident İlham Əliyev tərəfindən qəbul edildiyini məmnuniyyət hissi ilə xatırladıb. 2016-cı ildə gənclər və idman naziri Azad Rəhimov ilə Tokiodakı görüşü zamanı isə Azərbaycanın Tokyo-2020 Olimpiya Oyunlarında iştiraki ilə bağlı faydalı fikir mübadiləsi apardıqlarını bildirib.
Yaponiya Baş Nazirinin xüsusi müşaviri İsao İicima ilə görüş zamanı yapon siyasətçi Azərbaycana səfərdə olduğunu və ölkəmizə xüsusi rəğbət bəslədiyini bildirib. Azərbaycanın Yaponiyadakı səfiri G.İsmayılzadənin iki ölkə arasında münasibətlərin inkişafına xüsusi töhfələr verdiyini qeyd edib.
M.Babayev İ.İicimaya Azərbaycanın hazırki iqtisadi vəziyyəti, qeyri-neft sektorunun, o cümlədən, kənd təsərrüfatı, turizm kimi sahələrin inkişafına yüksək önəm verildiyi haqqında məlumat verib, Yaponiya şirkətlərinin enerji sektoru ilə yanaşı, ölkəmizin digər sahələrində fəaliyyətinin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Məlumatlara görə minnətdarlığını bildirən İ.İicima Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katorinin qeyd olunan istiqamətlərdə işlərin həyata keçirilməsi üçün fəal olduğunu bildirib.
Nümayəndə heyətinin “ITOCHU” şirkətinin energetika və kimya üzrə prezidenti Masahiro İmai ilə görüşündə şirkətin Azərbaycandakı fəaliyyətinin 2050-ci ilə qədər davam etdiriləcəyi vurğulanıb. Yaponiya şirkətlərinin Azərbaycanın enerji sektorunda yüksək səviyyədə təmsil olunduğu, bununla yanaşı turizm, kənd təsərrüfatı, rabitə, əczaçılıq, informasiya texnologiyaları və digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.
Yaponiya Baş Nazirinin xüsusi müşaviri Tomohiro Taniquçi ilə görüşdə də iki ölkə arasında iqtisadi əməkdaşlığın müxtəlif istiqamətləri üzrə əlaqələrin genişləndirilməsinin zəruriliyi vurğulanıb. Görüş zamanı Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra əldə etdiyi nailiyyətlər, uğurlu daxili və xarici siyasəti, respublikamızda keçirilən mötəbər tədbirlər, o cümlədən idman yarışmaları haqqında da T.Taniquçiyə məlumat verilib.
Yaponiyanın “KEIDANREN” iqtisadi təşkilatının baş direktoru Masakazu Kubota ilə görüş zamanı M.Babayev Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində ölkəmizin son illərdə qazandığı böyük uğurlar barədə ətraflı məlumat verib. İqtisadiyyatın, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən və gələcəkdə nəzərdə tutulan müxtəlif layihələr barədə ətraflı danışıb. İki ölkə arasında enerji sektorunda əməkdaşlığın yüksək səviyyədə olduğu, bununla yanaşı digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb. “KEIDANREN”-in Yaponiyada nüfuzlu iqtisadi təşkilat olduğu nəzərə alınaraq, yapon orta və kiçik biznesinin Azərbaycana cəlb olunmasında dəstək göstərməsi xahiş edilib.
M.Kubota Yaponiya şirkətlərinin Azərbaycan ilə yalnız enerji sahəsində deyil, digər sahələrdə də əməkdaşlığa hazır olduğunu və bu istiqamətdə Yaponiyadakı səfirliyimiz ilə mütəmadi məsləhətləşmələr aparacağını vəd edib.
Görüşlərdə Azərbaycanın Yaponiyadakı səfəri Gürsel İsmayılzadə də iştirak edib.
Azərbaycan nümayəndə heyətinin Yaponiyaya səfəri başa çatıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info