“Azərbaycan qazı Avropaya nəql olunacaq, bu, bəzilərini narahat edir”
Tarix: 31.10.2017 | Saat: 20:20:00 | E-mail | Çapa göndər


“Bu gün biz öz evimizdəyik, qonaq deyilik”.
 
APA-nın məlumatına görə, bu sözləri Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısından sonra keçirilən mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.  
 
Türkiyə prezidenti xatırladıb ki, bu gün Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısı keçirilib, dünən isə Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı olub: “Bütün bunlar Türkiyə və Azərbaycan arasında əlaqələrin nə qədər güclü olduğunu göstərir. TANAP da bunun ən gözəl nümunələrindən biridir. İnşallah, qısa zamandan sonra Azərbaycan qazı Avropaya nəql olunmağa başlayacaq. Bu, bəzilərini narahat edir. Bakı-Tbilisi-Qars dəmir yolu tikilərkən də bunun real olmadığını deyənlər vardı. Dünən bu dəmir yolunun açılışını etdik. İnşallah, bu dəmir yolu ilə yüz minlərlə insan səfər edəcək, Londona qədər gedə biləcəklər. Bu dəmir yolu xətti ilə böyük həcmdə yük də daşınacaq və iqtisadi səmərəliliyini ortaya qoyacaq”.
 
R. T. Ərdoğan qeyd edib ki, artıq Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 1,6 milyard dollara çatıb: “Son dövrlər müdafiə sənayesi sahəsində əlaqələrimiz böyük əhəmiyyət kəsb edir. Turizm və mədəniyyət, təhsil sahəsində atdığımız, atacağımız addımlar da mühümdür. Qarşıdakı dövrdə Bakı-Ekspo sərgisinin keçirilməsi nəzərdə tutulub. Türkiyə bu tədbirdə geniş təmsil olunacaq, öz təcrübəsini bölüşəcək”.




 
Bölməyə aid digər xəbərlər
26.03.2019
ABŞ dövlət katibi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
26.03.2019
Tolerantlıq və multikulturalizmin Azərbaycan modeli əsrlər boyu mövcud olub
25.03.2019
Tramp Türkmənistanın Azərbaycan vasitəsilə Qərbə qaz ixrac etmək imkanından yararlanacağına ümid edir
24.03.2019
Amerikalı jurnalistlərə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər çatdırılıb
24.03.2019
Azərbaycanın müdafiə naziri ABŞ-a işgüzar səfərə gedəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10705

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
3 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
4 Prezident və xanımı Bakıda Novruz şənliyində
5 Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info