“Müxalifət anlamalıdır ki, onların qatarı gedib”
Tarix: 13.05.2013 | Saat: 23:39:00 | E-mail | Çapa göndər


Mübariz Qurbanlı: “Müxalifətin hansı ad altında birləşməsinin
Azərbaycanın ictimai rəyinə heç bir təsiri yoxdur”

“Milli şura” deyilən qurum da əvvəlkilər kimi gələcək, bir az mətbuatda hay-küy qaldıracaq, sonra yoxa çıxacaq”. Bu barədə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, "milli şura” deyilən qurum haqqında mənasız hay-küy qaldırırlar: “Əvvəla, deyim ki, belə bir qurum yarandı-yaranmadı, bu, Azərbaycanın ictimai rəyinə heç bir təsir göstərməyəcək.
Baxın, deyirlər ki, “milli şura” adı altında bir qurum elan edəcəyik. Yaranandan 5-10 gün sonra görəcəksiniz ki, bu, yalandan hay-küy idi. Bu hay-küyün arxasında heç nə dayanmır". M.Qurbanlı qeyd edib ki, bu müxalifətin hansı ad altında birləşməsinin Azərbaycanın ictimai rəyinə heç bir təsiri yoxdur: "İstəyir, adını “milli şura” qoysunlar, istəyir, milli birlik qoysunlar, “el” qoysunlar, istəyir, əvvəllər qoyduqları adları qoysunlar, bu da əvvəlkilər kimi gələcək, bir az mətbuatda hay-küy qaldıracaq, sonra yoxa çıxacaq". O, bildirib ki, bu müxalifətdə bir şeyi anlamırlar ki, əgər sizin sosial dayağınız yoxdursa və əhali tərəfindən müdafiə edilmirsinizsə, sizin hansı ad qoymağınızın heç bir əhəmiyyəti yoxdur. Anlamalıdırlar ki, onların qatarı gedib, onların hay-küylərinə heç kim inanmır və onların da arxasınca heç kim getməyəcək. Hakimiyyətin “milli şura”nın yaranmasından narahatlığı barədə bəyanatlara toxunan M.Qurbanlı deyib ki, hakimiyyət üçün bu qurumun heç bir mənası yoxdur: "Sizi inandırıram ki, bizim üçün onların hansı ad altında birləşməsinin heç bir əhəmiyyəti yoxdur. Biz onu yalnız mətbuatda görürük və buna yalnız jurnalistlər sual verəndə reaksiya veririk. Deyirlər, hakimiyyət bunun yaranmasından narahatdır. Nədən narahatdır? Niyə narahatdır?". O, bildirib ki, hakimiyyətin yürütdüyü siyasət bütün hallarda əksəriyyət tərəfindən müdafiə olunur, Prezident İlham Əliyevin reytinqi bu gün Azərbaycan cəmiyyətində ən yüksək səviyyədədir, beynəlxalq miqyasda aparıcı liderlərin sırasındadır: "Biz niyə narahat olmalıyıq ki, kimlərsə birləşib hansısa ad altında nəsə quracaqlar. Qursunlar, yaratsınlar, seçkilərə də gəlsinlər, biz azad və demokratik ölkəyik və seçkilərdə də onlara sübut edəcəyik ki, biz onlardan qat-qat üstünük və cəmiyyət də Prezident İlham Əliyevin xəttini müdafiə edir".




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Xələf Xələfov Xəzər dənizi məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib
14.11.2018
Savelyev: “Rusiya ilə Azərbaycanın münasibətləri bu potensialın reallaşdırılmasının parlaq nümunəsidir”
14.11.2018
Bakıda MDB daxili işlər orqanlarının iclası keçirilir
14.11.2018
Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada arzuolunmaz şəxs elan olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10472

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info