«1in.am»: “Ermənistan siyasətçiləri Bakı-Tiflis-Qars dəmir yolunun reallığa çevrilə bilməyəcəyinə ümid edirdilər”
Tarix: 31.10.2017 | Saat: 20:19:00 | E-mail | Çapa göndər


Yeni dəmir yolu açılandan sonra ermənilərin gəldiyi nəticə: “Dağlıq Qarabağ məsələsində status-kvonun saxlanılması perspektivsizdir və Ermənistanın təcrid olunmasına gətirib çıxarır”

Adətən, Azərbaycanla bağlı məsələləri mənfi mövqedən qabartmağa çalışan erməni mətbuatı, deyəsən, reallığı gizlətməyin mümkün olmadığını dərk etməyə başlayıb. Sosial, siyasi, iqtisadi və mənəvi-əxlaqi böhran məngənəsində çabalayan düşmən ölkə Azərbaycanın qazandığı uğurları etiraf etmək zorunda qalıb. Bakı- Tiflis-Qars dəmir yolu layihəsindən də kənarda qalan Ermənistan rəhbərliyinin vəziyyəti indi «saman çöpündən ümid diləyən»lərin vəziyyəti ilə müqayisə edilə bilər. Bu təbiidir: «Özü yıxılan, ağlamaz». Deyəsən, bunları dərk edən erməni mətbuatının bəzi nümayəndələri Azərbaycanın son illərdə əldə etdiyi uğurlara tərəf boylanmağa cəhd edirlər. Əvvəllər də qeyd edildiyi kimi, hər ayı iqtisadi geriləmə ilə başa vuran Ermənistanda, deyəsən siyasi böhranla yanaşı, iqtisadi böhran da son həddə çatıb. Ermənistanın «1 informasiya» saytında dərc edilən bu yazı da erməni müəllifin etiraflardır: «Dağlıq Qarabağ məsələsində status-kvonun saxlanılmasına dair İrəvanın siyasəti, əslində, perspektivsizdir və ölkəmizin təcrid olunmasına gətirib çıxarır. Bunun bariz nümunəsi kimi, Ermənistanın Bakı- Tiflis-Qars dəmir yolu layihəsindən kənarda qalmasını da göstərmək olar. Ermənistandan yan keçən və təqribən 900 km uzunluğunda olan dəmir yolunun inşası üç ölkənin - Azərbaycan, Gürcüstan, Türkiyənin təşəbbüsü ilə 10 il əvvəl başlamışdı. Qeyd edilməlidir ki, Azərbaycan bu layihənin həm iqtisadi, həm də siyasi əhəmiyyətini, onun Ermənistanın təcridini gücləndirmək məqsədi daşıdığını heç vaxt gizlətməyib. Bakı, Qarabağ problemi öz xeyrinə həll olunmayacağı təqdirdə Ermənistanın bu layihədə iştirak edə bilməyəcəyini əvvəldən də bəyan etmişdi.
Ermənistan siyasətçiləri Bakı-Tiflis-Qars dəmir yolunun reallığa çevrilə bilməyəcəyinə ümid edirdilər. Erməni səlahiyyətliləri bu layihənin iqtisadi cəhətdən məqsədəuyğun olmadığını əsaslandıraraq, Bakı-Tiflis-Qars layihəsinin Saakaşvilinin səlahiyyətlərini əvəz edən yeni Gürcüstan hökuməti üçün prioritet olmayacağına ümid etdilər. Lakin bütün bunlar əbəsmiş. Bu , İrəvanın açıq-aşkar səhvi kimi təqdim edilməlidir. Bundan başqa, bu halda erməni-gürcü münasibətlərinin təsiri çox qiymətləndirilirdi.
Digər tərəfdən, Azərbaycan son illərdə bu ölkədən də yan keçməyən, iqtisadi itkiləri olsa da belə, yeni layihələr hazırlamağa hazır olduğunu sübut etdi. Bu sübut Ermənistanın dünyadan təcrid olunmasına, regional mövqelərinin zəifləməsinə, Qarabağ məsələsində status-kvonun dəyişdirilməsinə yönəlib.
Bu, Ermənistanın konyunkturası üçün əlverişsiz olması ilə yanaşı, İrəvanın müstəqil və özünəməxsus xarici siyasətinin olmamasının bariz sübutu kimi də dəyərləndirilə bilər. Ermənistan birtərəfli olaraq Moskvadan asılıdır, bu isə öz növbəsində Ermənistan dövlətinin subyektivliyinin dağılmasına və xarici siyasət potensialının mənimsənilməsinə gətirib çıxarıb. Mapraqlıdır ki, son zamanlar Tehrandan İrəvana əməkdaşlıqla bağlı ikitərəfli və regional səviyyələrdə təkliflər səsləndirilsə də, rus faktoru tərəfindən idarə edilən İrəvan siyasti bu təklifləri açıq şəkildə məhdudlaşdırır.

Azərbaycan Ermənistanın siyasi və iqtisadi təcridini daha da ağırlaşdırmaq üçün İran istiqamətindən də sıx şəkildə istifadə edir. Belə ki, sabah Rusiya, Azərbaycan və İran prezidentlərinin ikinci zirvə görüşünün baş tutacağı bildirilir. , Üçtərəfli əməkdaşlıq çərçivəsində həm siyasi, həm də iqtisadi cəhətdən Bakı-Tiflis -Qars dəmir yolundan o qədər də az əhəmiyyət kəsb etməyən İran-Azərbaycan dəmir yolunun tezliklə başa çatacağının şahidi olacağıq.

Amma Azərbaycan Ermənistanın siyasi və iqtisadi təcridini daha da ağırlaşdırmaq üçün İran istiqamətindən də sıx şəkildə istifadə edir. Belə ki,bir neçə gün sonra Rusiya, Azərbaycan və İran prezidentlərinin ikinci zirvə görüşünün baş tutacağı bildirilir. , Üçtərəfli əməkdaşlıq çərçivəsində həm siyasi, həm də iqtisadi cəhətdən Bakı-Tiflis -Qars dəmir yolundan o qədər də az əhəmiyyət kəsb etməyən İran-Azərbaycan dəmir yolunun tezliklə başa çatacağının şahidi olacağıq.
İndi artıq illüziyalarla qidalanmağa ehtiyac qalmamalıdır. İranın birgə regional layihələrdə Ermənistana deyil, Azərbaycana önəm verdiyi də göz önündədir. Regional prosesləri daha qlobal kontekstdə nəzərdən keçirdikdə, belə aydın olur ki, İrəvanın Dağlıq Qarabağ məsələsində status-kvonu saxlamaq siyasəti, əslində, Ermənistanın dünyadan təcrid olunmasına və ölkə daxilində təhlükəli demoqrafik vəziyyətin yaranmasına gətirib çıxarır. Əsl reallıq isə budur ki, mövcud erməni hakimiyyətinin fəaliyyəti nə İrəvan-Moskva münasibətlərində, nə də Qarabağ məsələsində siyasətin yenidən nəzərdən keçirilməsinə ümid vermir. Bu baxımdan Ermənistanın regional izolyasiyası, dünyadan təcridi daha real hala gəlməkdədir».
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək
13.11.2018
Ermənistanda dəmiryolçular tətil elan ediblər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info