Küveyt qəzeti Azərbaycandan yazır
Tarix: 31.10.2017 | Saat: 21:00:00 | E-mail | Çapa göndər


Küveytdə böyük oxucu auditoriyasına malik “Əl-Rəy” qəzetinin 31 oktyabr tarixli buraxılışında “Azərbaycan: Asiya ilə Avropanı birləşdirən dəmir yolunun açılışı” sərlövhəli məqalə dərc edilib.
Azərbaycanın Küveytdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məqalədə Rusiya ərazisindən keçməklə Çindən Qərbi Avropaya sərf olunan vaxtın azaldılması məqsədini daşıyan, üç ölkəni - Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən dəmir yolu xəttinin cari il oktyabrın 30-da işə düşdüyü barədə məlumat verilib. Yolun 826 kilometr uzunluğunda olduğu və bu xəttin Bakı, Tbilisi və Qars şəhərlərini birləşdirdiyi qeyd edilib.
Məqalədə bildirilib ki, Qafqaz regionunun neftlə zəngin ölkəsində yerləşən Ələt şəhərində Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin çıxış edib. Dövlət başçısının çıxışı zamanı bu xəttin Çin ilə Avropa arasında səyahət müddətini azaltmağa kömək edəcəyini, Bakı-Tbilisi-Qars dəmir yolunun Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol olduğunu bildirdiyi diqqətə çatdırılıb.
Qeyd edilib ki, 1 milyard ABŞ dolları dəyərində olan bu yol vasitəsilə ilkin mərhələdə 5 milyon ton, sonrakı mərhələdə 17 milyon ton, daha sonra isə daha böyük həcmdə yüklərin və ildə 1 milyon sərnişin daşınmasının nəzərdə tutulduğu bildirilib.
Avropa İttifaqının Bəyanatında Bakı-Tbilisi-Qars dəmir yolunun açılışının qədim İpək Yolu boyu Avropa İttifaqı, Türkiyə, Gürcüstan və Azərbaycanı birləşdirən nəqliyyat sistemi bağlantıları sahəsində atılan böyük addım olduğunun vurğulandığı diqqətə çatdırılıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info