Rusiya XİN Gürcüstanla vizasız rejimin tətbiqini istisna etmir
Tarix: 01.11.2017 | Saat: 00:01:00 | E-mail | Çapa göndər


Karasin: “Moskva Astananın kiril əlifbasından latın əlifbasına keçməsi qərarına sakit yanaşır”
Rusiya gələcəkdə qarşılıqlı əsasda Gürcüstanla vizasız rejimin tətbiq olunmasını istisna etmir. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin bildirib. Rusiya XİN başçısının müavini buna nail olmağın hələlik çətin olduğunu söyləyib: "Perspektivdə vizasız rejimin tətbiq olunması imkanlarını istisna etmirik. Lakin buna doğru hərəkət etmək hələlik çətindir. Hər şeydən öncə buna diplomatik münasibətlərin olmaması maneə olur. Məlum olduğu kimi, diplomatik münasibətlər Tbilisinin təşəbbüs ilə dayandırılıb. Müvafiq qərarın qəbulu zamanı sərhədyanı təhlükə, o cümlədən terror təhlükəsinin, eləcə də qeyri-leqal miqrasiyanın artması nəzərə alınmalıdır". Karasin Rusiyanın Gürcüstana aviaekipajlar üçün vizasız rejimin tətbiq olunması haqqında konkret təkliflər verildiyini bildirib: "Məmnuniyyətlə qeyd edirik ki, 2016-cı il ərzində bizim tərəfimizdən verilən vizaların sayı iki dəfə artaraq 40 minə çatıb. Bu il isə bu göstərici daha yüksək olacaq". Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin "Rossiya 24" kanalının efirində onu da bildirib ki, Moskva Astananın kiril əlifbasından latın əlifbasına keçməsi qərarına sakit yanaşır: "Hesab edirəm ki, hansı əlifbadan hansı səviyyədə istifadə olunacağı Qazaxıstanın daxili işidir".




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
“Feyk xəbərlər sunamisi Yer kürəsini bürüyüb”
20.02.2019
“Avropa İttifaqı Azərbaycana dəstək verməyə hazırdır”
20.02.2019
Azərbaycan Litvanın vacib tərəfdaşı olub və olacaq
19.02.2019
ABŞ-na avtomobil rüsumu ilə bağlı xəbərdarlıq
18.02.2019
Akkoç: “Türkiyə – Azərbaycan qardaşlığı və dostluğu əbədidir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info