“Ermənistan Bakı-Tbilisi-Qars layihəsindən kənar qalmaqla çox şey itirdi”
Tarix: 01.11.2017 | Saat: 00:09:00 | E-mail | Çapa göndər


İki gün öncə bütün dünyanın gözü Bakıda- Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli açılış mərasimində idi. Təsadüfi deyil ki, nəqliyyat daim istənilən ölkənin, bütövlükdə isə dünyanın inkişaf mərkəzi sayılıb. Bundan başqa geosiyasi proseslərin intensivləşdiyi, ziddiyyətlərin dərinləşdiyi zaman kəsiyində nəqliyyat dəhlizlərinin əhəmiyyəti daha da artır və onlar sadəcə yük daşınmaları üçün nəzərdə tutulan vasitə rolunu oynamırlar, həm də mühüm təhlükəsizlik amilinə çevrilirlər. Elə ölkə başçısı da öz çıxışında sözügedən layihənin təkcə iqtisadi əhəmiyyətindən deyil, həm də siyasi üstünlüklərindən söz açıb. Prezident İlham Əliyev deyib ki, Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. O həmçinin bu dəmir yolunun tarixi və strateji əhəmiyyətli qlobal layihə olduğunu deyərək BTQ-nin uğurlu fəaliyyətinin iştirakçı ölkələrin geosiyasi əhəmiyyətini artıracağını da bildirib: “Bu yol bölgədə sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək”.
Politoloqlar da layihənin siyasi əhəmiyyətinin iqtisadi əhəmiyyətindən az olmadığını bildirirlər. Siyasi şərhçi Qabil Hüseynli “Palitra”ya açıqlama verərək deyib ki, daim beynəlxalq layihələrin reallaşmasında açar rolunu oynamış Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçməsində də əsas ölkə ölkə oldu: “Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsinin iqtisadi əhəmiyyətindən söz açmağa ehtiyac yoxdur, hər şey göz önündədir. Məsələnin digər tərəfi, layihənin siyasi əhəmiyyəti isə qarşıdakı illərdə özünü daha qabarıq büruzə verəcək. Azərbaycanın Avropaya siyasi inteqrasiyası güclənəcək, bu layihənin reallaşması Avropanın özü üçün daha vacib layihə idi nəinki region ölkələri üçün. Aparıcı Avropa ölkələri ilə Azərbaycan arasında iqtisadi əlaqələrlə yanaşı siyasi əlaqələr də inkişaf edəcək. Nəticə etibarı ilə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşması ilə Azərbaycanın Avropayönümlü siyasətinin daha da inkişaf etməsinin əsasları qoyulduğunu deyə bilərik. Ola bilər ki, indiki mərhələdə Avropa Birliyi və ya Avropada bəzi ölkələrlə müəyyən anlaşılmazlıqlar yaranır. Amma bu proseslər dərinə getməyəcək və iqtisadi inkişafımızın əsas yollarından biri Avropadan keçir. Təsadüfi deyil ki, bizim ixaracatın böyük hissəsi Avropa Birliyi ölkələrinin payına düşür. Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan üçün Avropaya inteqrasiya etmək baxımından və Avropa dəyərlərinə qovuşmaq baxımından prinsipial əhəmiyyətə malikdir”.
Qabil Hüseynli onu da vurğuladı ki, layihədən kənar qalan bəzi ölkələr də öz peşmanlıqlarını gizlətmirlər. Bu məsələdə ən çox itirən isə regionda iflic vəziyyətinə düşmüş Ermənistan oldu: “Ermənistan bu layihədən kənar qalmaqla çox şey itirdi. Ermənistan hazırda iqtisadi blokadadadır. Düşünürəm ki, bu dəmir yolu xətti Ermənistanın blokadasını daha da dərinləşdirəcək. Bu ölkə onsuzda keçmiş sovet ölkələri arasında ən acınacaqlı durumda olan bir ölkəyə çevrilmişdi. Bunun da bəlli səbəbləri işğalçılıq siyasətinin davam etdirilməsidir. Təsəvvür edin ki, Ermənistana yalnız Gürcüstandan bir şosse yolu gedir və ən çox yardım isə İrandan gəlir. Amma Bakı-Tbilisi-Ceyhan Ermənistanı onsuz da çıxdaş etmişdi və Bakı-Tbilisi-Qars dəmir yolu iqtisadi blokadanı daha da dərinləşdirəcək. Yəni indiyə kimi Ermənistan regionda həyata keçirilən iqtisadi layihələrdən kənarda qalmışdı ki, bu da milyardlarla gəlirin itirilməsi demək idi. Artıq Ermənistanın təklənməsi prosesi daha da gücləndi. Bakı-Tbilisi-Qars dəmir yolu Ermənistanın bütün ümidlərini puç etdi. Artıq Ermənistan nəqliyyat cəhətdən də tam şəkildə dünyadan təcrid oldu, yenidən milyardlarla gəlirdən uzaq qaldı. Azərbaycan isə bu bataqlıqda batan Ermənistanın geriləməsi fonunda daha da strateji əhəmiyyətini artıracaq, iqtisadi qüdrəti artacaq. Hər şey göz önündədir, beynəlxalq layihələr üçün əsas ölkəyə çevrilən Azərbaycan və onun torpağını bir vaxtlar xarici güclərin hesabına zəbt etmiş blokadada qalan Ermənistan... Hər halda yaxın aylarda, illərdə hər il ermənilərin bu layihədə də kənarda qalmaqları ilə bağlı təəssüf dolu açıqlamalarını tez –tez eşidəcəyik. Bu sadəcə bir dəmir yolu xətti deyildi, bu böyük bir strateji əhəmiyyətli layihə idi”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Prezident İlham Əliyev: Bizim hədəfimiz Azərbaycanda müasir infrastruktur yaratmaq və ölkəni müasirləşdirməkdir
22.01.2019
Norika Nikolai: Avropa Parlamentinin bəzi deputatları tərəfindən səsləndirilən bəyanatlar saxtadır
22.01.2019
Bakı Şəhər Baş Polis İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib
22.01.2019
Müdafiə naziri mühəndis və kimya hərbi hissələrində yeni istifadəyə verilən obyektlərlə tanış olub
22.01.2019
Əli Abdalov Mehman Hüseynovla barışıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info