“Bakı-Tbilisi-Qars nəqliyyat sahəsində əməkdaşlıq imkanlarını genişləndirəcək“
Tarix: 01.11.2017 | Saat: 00:11:00 | E-mail | Çapa göndər


“Avropa İttifaqı və Azərbaycan arasında imzalanacaq aviasiya sazişi hava yolları ilə əməkdaşlıq imkanlarını təşviq edir”. Bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib. Səfir bildirib ki, bu saziş daha yaxşı əməkdaşlıq, çox uçuş, ucuz səfər, daha çox turist deməkdir. Diplomat qeyd edib ki, ötən həftə aviasiya sazişi ilə bağlı Bakıda Aİ nümayəndə heyəti ilə Azərbaycan tərəfi arasında danışıqlar keçirilib: “Müzakirə edilməmiş bəzi detallar qaldığı üçün növbəti dəfə yenə görüş keçiriləcək. Biz Azərbaycan Xarici İşlər Nazirliyi ilə növbəti görüşün nə zaman və harada keçiriləcəyini dəqiqləşdirəcəyik. Düşünürəm ki, bu görüş də “Şərq tərəfdaşlığı” sammitinə qədər baş tutacaq”. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri onu da qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi müttəfiq ölkələr arasında nəqliyyat sahəsində əməkdaşlıq imkanlarını genişləndirəcək. O bildirib ki, yeni layihə sürətli ticarət imkanları yaradır: “Dəmir yolları da digər yollar kimi daha yaxşı əlaqə, daha çox sərnişin, daha çox səyahət imkanı yaradır. Bu da noyabrda baş tutacaq “Şərq tərəfdaşlığı” sammitinin əsas müzakirə mövzularından biri olacaq”




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Yay aylarında Ermənistanda təbii qazın qiymətlərinin artması labüddür
18.03.2019
S-400 sistemlərinin alınması ABŞ-Türkiyə münasibətlərində ciddi problemlər yaradır
17.03.2019
Prezidentin əfv Sərəncamı xalqımızın bayram əhval-ruhiyyəsini daha da yüksəldib
17.03.2019
Prezident İlham Əliyevin son Sərəncamı əsl humanizm nümunəsidir
16.03.2019
Azərbaycan xalqlar arasında qarşılıqlı anlaşmanın təmin olunmasına böyük töhfə verir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
4 Yuliya Naçalova vəfat edib
5 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info