“Bakı-Tbilisi-Qars regionda həyat səviyyəsini yüksəldəcək”
Tarix: 01.11.2017 | Saat: 00:12:00 | E-mail | Çapa göndər


“Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə dünya iqtisadiyyatına və Avropa bazarına inteqrasiya asanlaşacaq”
“Bakı-Tbilisi-Qars dəmir yolu olduqca əhəmiyyətli iqtisadi layihədir”. Bunu APA-ya açıqlamasında ATƏT Parlament Assambleyasının (PA) prezidenti Gigi Sereteli deyib. O qeyd edib ki, bu gün Qafqazın Qərb və Şərq arasında vacib birləşdirici funksiyası artmaqdadır və burada bütün regionun marağı var: “Hazırda biz bütün dünyada “İpək yolu” mövzusunda fəal diskussiyalar aparırıq. ATƏT Parlament Assambleyasında Azərbaycanın təşəbbüsü ilə “İpək yoluna dəstək qrupu” yaradılıb”. Sereteli bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə dünya iqtisadiyyatına və Avropa bazarına inteqrasiya asanlaşacaq: “Bununla yanaşı, daha yaxşı iqtisadiyyat siyasi vəziyyətə də müsbət təsir edir. Bu dəmir yolu Gürcüstan, Azərbaycan və Türkiyədə əhalinin həyat səviyyəsinin yüksəldilməsinə, həmin ölkələrə daha çox investisiyaların cəlb olunması və yeni iş yerlərinin yaradılmasına kömək edəcək.”. Gürcüstan təmsilçisi bəyan edib ki, üç ölkə arasında strateji tərəfdaşlıq Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələrlə sübut olunur: “Gürcüstan, Azərbaycan və Türkiyə çox sıx əməkdaşlıq edir və bu, olduqca vacibdir. Tarixi Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi gələcək onilliklərdə öz effektivliyini daha da çox göstərəcək”.




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Şəhidlərimiz təsdiq etdi ki, Azərbaycan təkcə torpaq deyil, həm də Vətəndir
20.01.2019
Biz, həmişə müstəqilliyimiz uğrunda mübarizəyə hazır olmalıyıq
19.01.2019
Azərbaycan əleyhinə sifarişlə hazırlanmış bu cür “qətnamələr” gərəksiz kağız parçalarıdır
19.01.2019
1990-cı il 20 yanvar tarixinə keçən gecə Bakıda baş verən cinayətlər cavabsız qalmamalıdır
19.01.2019
Türkiyə xalqı 20 Yanvar faciəsini böyük kədər hissi ilə xatırlayır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info