Lənkəranın Osakücə kəndində yeni çay plantasiyası salınır
Tarix: 01.11.2017 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


Prezidentin sədrliyi ilə bu ilin sentyabr ayında Lənkəran şəhərində keçirilmiş çay, çəltik və sitrus meyvə istehsalı məsələlərinə dair respublika müşavirəsində çayçılığın inkişafı ilə bağlı qarşıya mühüm vəzifələr qoyulub. Bu vəzifələrin icrası ilə bağlı həyata keçirilən işlər Lənkəranda geniş vüsət alıb. Rayonda sahibkarlığın inkişafı üçün yaradılan əlverişli şərait aqrar bölmənin aparıcı istiqamətlərindən olan çayçılığa xarici investisiyanın təşviqini sürətləndirib. Nəticədə çayçılıq sahəsində əsl canlanma yaranıb. “Beta” şirkəti tərəfindən rayonun Osakücə kəndində yeni çay plantasiyasının salınmasına başlanılıb. Bu layihənin icrasına 17 milyon manat vəsait sərf olunacağı planlaşdırılır. Artıq bu vəsaitin 5 milyon manatı təsərrüfata yatırılıb. Bu məqsədlə şirkət tərəfindən təsərrüfat üçün ən müasir tələblərə cavab verən maşın-mexanizmlər, traktorlar alınıb, yeni texnologiya ilə işləyən suvarma sistemi qurulub, sututar bərpa edilib, ərazidə şitillik təsərrüfatı yaradılıb və yerli şəraitə uyğun 1 milyonadək çay şitili yetişdirilib. İlkin olaraq 50 hektar istifadəsiz torpaq sahəsi hamarlanaraq şumlanıb və əkinə hazır vəziyyətə gətirilib. Yeni salınmış və 150 nəfərdən çox rayon sakinin daimi işə cəlb olunduğu plantasiyada ilk əkin keçirilib. Əkin kampaniyasında Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, “Beta” şirkətinin rəhbəri Calal Uğur, təsərrüfat rəhbərləri, çay mütəxəssisləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər. Gələn il ərazidə çay plantasiyaları 150, yaxın gələcəkdə isə 1000 hektara çatdırılacaq. Həmçinin “Made in Azerbaycan” brendi ilə dünya standartları səviyyəsində çay məhsulları istehsal etmək üçün modern texnologiya ilə işləyəcək yeni çay emalı müəssisəsi tikiləcək.




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
Dəniz nəqliyyatı ilə 292 milyon dollarlıq yük daşınıb
17.06.2019
“Bursagaz” və “Kayserigaz”ın SOCAR Türkiyəyə təhvil-təslimi başa çatdı
17.06.2019
Azərbaycanda 1 milyon tona yaxın taxıl yığılıb
17.06.2019
Azərbaycandan 131,1 min ton kimya sənayesi məhsulları ixrac edilib
17.06.2019
Azərbaycan daha 400 avtomobil üçün sifariş alıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info