“Müxalifətdə mütəşəkkil cinayətkar dəstə formalaşıb”
Tarix: 13.05.2013 | Saat: 23:44:00 | E-mail | Çapa göndər


Xaliq Bahadır Əli Kərimli və İsa Qəmbəri “yıxıb-sürüdü”

Azərbaycanda fəaliyyət göstərən ənənəvi müxalifətə müxalifətin öz daxilindəkilərin inamsızlığı getdikcə dərinləşməkdədir. Ənənəvi müxalif başçıların intriqantlığı, şəxsi mənafepərəstliyi və düşərgəni ümumilikdə zəif salan cığallıqları onların yan-yörələrindəki şəxsləri ümidsiz edib və hiddətləndirib.
AXCP Rəyasət Heyətinin üzvü Xaliq Bahadırın mətbuata açıqlaması da dediklərimizdən xəbər verir. Belə ki, Xaliq Bahadır müsahibəsində Müsavat Partiyasının başqanı İsa Qəmbərə, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılıya qarşı, eləcə də öz sədri Əli Kərimliyə kəskin ittihamlar səsləndirib. Xaliq Bahadır rəhbərliyində olduğu AXCP-nin sədri Əli Kərimlini də “yıxıb-sürüyüb”. O, ənənəvi müxalifətin bir qisminin hələ də ortaya çıxara bilmədiyi “milli şura”nın yaradılması məsələsinə münasibət bildirərkən deyib: “Oyunçular ayrı olsaydı, bəlkə də “milli şura”dan nəsə gözləmək olardı. Son 20 ildə birliklər yaradan, sonradan həmin birlikləri dağıdan, axırıncı dəfə “ictimai palata”nı bitirən adamlar “milli şura”nı da o günə salacaqlar. Azərbaycan müxalifətində mütəşəkkil cinayətkar dəstə formalaşıb. Həmin dəstə yaradılan birlikləri dağıda-dağıda gedir. O dəstə yenə bütünlüklə “milli şura”ya gedəcək, orda da öz ”işlərini" görəcək. Əli Kərimli də o dəstəyə qoşulub". Qeyd edək ki, “milli şura” ilə bağlı 7 aydan artıqdır müzakirələr aparan AXCP, Müsavat və “el” adlı qurum hələ də ortaq məxrəcə gələ bilməyib və buna səbəb də bu qurumların başçılarının şəxsi maraqları, namizədlikdə bir-birilərinə güzəştə gedə bilməmələri kimi amillərdir.
Göründüyü kimi, burada X.Bahadır müxalif başçıları həm də fəaliyyətsizlikdə, siyasi bacarıqsızlıqda və mütəşəkkil cinayətkarlıqda kəskin ittiham edir. Qeyd edək ki, X.Bahadır uzun illərdir ənənəvi müxalifət düşərgəsində, AXCP-də təmsil olunur, o, müxalif başçıların bütün addımlarını birbaşa izləmək imkanı olan təcrübəli bir insan kimi danışır. Müxalif başçıların bütün maxinasiyaları barədə təfərrüatlı informasiyalara malik olan bu şəxsin onlar haqqında bu cür kəskin açıqlama verməsi isə təsadüfi sayıla bilməz. Belə ki, X.Bahadır yəqin ki, müxalif başçıların ard-arda etdikləri yanlışlıqlar, maxinasiyalar, intriqalar və özünün dediyi kimi, cinayətkar xarakterli addımlardan sonda təngə gələrək belə bir açıqlamaya gedib. Yəqin ki, bunun ardınca o, həmin müxalif başçılar, o cümlədən də AXCP sədri barədə daha konkret açıqlamalar və faktlara söykənən ittihamlar səsləndirəcək.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info