“Ziraat Bank Azərbaycan”ın baş ofisinin yeni binası istifadəyə verilib
Tarix: 01.11.2017 | Saat: 00:26:00 | E-mail | Çapa göndər


Nihat Zeybekçi: “Türkiyəli iş adamları Azərbaycanda özlərini daha rahat və təhlükəsiz hiss edirlər”
Bakıda Türkiyənin “Ziraat Bank”ının “Ziraat Bank Azərbaycan” Açıq Səhmdar Cəmiyyətinin baş ofisinin yeni binası istifadəyə verilib. Mərasimdə çıxış edən “Ziraat Bank”ın baş direktoru Hüseyn Aydın Azərbaycanda yeni Baş ofisin yaradılmasının ölkələrimiz arasındakı münasibətləri daha da genişləndirdiyini bildirib. “Ziraat Bank”ın Azərbaycanın bank sektorunun inkişafına təkan verəcəyini deyən H.Aydın əmin olduğunu bildirib ki, bankın ölkəmizdəki filialı fəaliyyətini bundan sonra da uğurla davam etdirəcək. Sonra bankın reklam çarxı nümayiş olundu. Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin sədri Elman Rüstəmov müstəqillik illərində ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, bank sektorunda da uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirib. Azərbaycan ilə Türkiyənin birgə həyata keçirdikləri mühüm layihələri xatırladan Elman Rüstəmov qeyd edib ki, bu cür tədbirlər ölkələrimiz arasındakı iqtisadi əlaqələri daha da genişləndirir. Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi bankın yaranma tarixindən danışıb. O, Türkiyənin iqtisadi inkişafında bankların mühüm rol oynadığını bildirib. Türkiyəli nazir ölkələrimiz arasında ticari-iqtisadi münasibətlərin genişlənməsində bankların fəaliyyətini vurğulayıb. Qeyd edib ki, türkiyəli iş adamları Azərbaycanda özlərini daha rahat və təhlükəsiz hiss edirlər. Sonra yeni bina ilə tanışlıq oldu. Binada işçilərin çalışması, istirahəti, həmçinin müştərilərə yüksək səviyyədə bank xidmətləri göstərilməsi üçün hərtərəfli şərait yaradılıb. 154 illik fəaliyyət tarixi olan bankın 2015-ci ildən ölkəmizdə filialı var. Yeni ofis binasının açılışı ilə Türkiyənin bu maliyyə qurumu ölkəmizdəki fəaliyyətini daha da genişləndirir. “Ziraat Bank”ının 18 ölkədə 88 törəmə bankı, filial və nümayəndəlik ofisi var. Bankın baş ofisi Ankarada yerləşir.




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Gəncə-Bakı reysinə dəyişiklik: əlavə sərnişin qatarı ayrılır
23.03.2019
Ölkəmizdə meyvə məhsullarına olan tələbat əsasən yerli istehsal hesabına ödənir
21.03.2019
Abşeronlular Novruz bayramını əsgərlərlə bir yerdə qeyd ediblər
21.03.2019
Naxçıvanda yeni məscid inşa olunur
21.03.2019
Qarabağa şölə saçan Novruz tonqalları

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info