“Azərbaycançılıq məfkurəsi: gənclərin qarşısında duran vəzifələr” adlı layihə uğurla yekunlaşıb
Tarix: 01.11.2017 | Saat: 15:02:00 | E-mail | Çapa göndər


“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycançılıq məfkurəsi: gənclərin qarşısında duran vəzifələr” layihəsinin icrası uğurla başa çatdırılıb.
Layihə çərçivəsində sonucu konfrans Samux rayonunda keçirilib. Konfrans iştirakçıları əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman oğul və qızlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycanın dövlət himni ifa olunub.
Konfransda "Türkiyə Universitetləri Məzunları” İctimai Birliyiyinin sədri Çingiz Bayramov çıxış edərək əsasını ulu öndər Heydər Əliyevin qoyduğu azərbaycançılıq ideologiyasının hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. O, gənclərin maariflənməsinin əhəmiyyətini qeyd edib, çağdaş zamanda milli ideologiya ilə ümumbəşəri dəyərlərin ahənginə nail olmaq, qloballaşma prosesinə öz milli-mənəvi irsi ilə qoşulmaq hər bir xalq üçün böyük önəm daşıdığından söhbət açıb. TUMİB-in sədri Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi münasibəti ilə gəncləri təbrik edib və azərbaycançılıq ideologiyasının təbliğində gənclərin üzərinə böyük vəzifə düşdüyünü qeyd edib.
Konfransda Samux Rayon Gənclər və İdman İdarəsinin rəisi Rəşad Qarayev, TUMİB- in idarə heyyətinin üzvü Seymur Verdizadə çıxış edərək Ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə, onun siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan cəmiyyətinin inkişafının ideya təməli olan azərbaycançılıq konsepsiyasını irəli sürmüşdür. Natiqlər qeyd ediblər ki, Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ümummilli ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi Heydər Əliyevin tarixi xidmətidir.
Daha sonra digər çıxış edənlər mövzu ilə bağlı öz fikirlərini bölüşərək, Azərbaycan gəncliyi, ölkədə uğurla həyata keçirilən gənclər siyasəti və ulu öndər Heydər Əliyev tərəfindən sistemləşdirilən azərbaycançılıq məfkurəsinin hər bir azərbaycanlı gənc üçün qürur mənbəyi olduğunu bildiriblər.
Tədbirdə gənclərə üzərində azərbaycançılıq məfkurəsi əks olunan köynəklər paylanılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info