“Avropa İttifaqı Ermənistana qarşı iqtisadi və siyasi sanksiyalar tətbiq etməlidir”
Tarix: 01.11.2017 | Saat: 16:07:00 | E-mail | Çapa göndər


Avropaya inteqrasiyanın qapıları onların standartlarına cavab verənlər üçün açıq olmalıdır. Ermənistan Avropa İttifaqının inteqrasiyasına nümunə ola bilməz. Ermənistan “Şərq Tərəfdaşlığı”nın digər üzv ölkəsinin ərazisini işğal edən dövlətlə eyni komandada yer alır. Bu, yolverilməzdir. Avropa İttifaqı Ermənistana qarşı real hərəkətə keçməli, ciddi iqtisadi və siyasi sanksiyalar tətbiq etməlidir.
Bu fikri Avronest Parlament Assambleyasının VI sessiyasının plenar iclasında çıxışı zamanı Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Fuad Muradov deyib.
O qeyd edib ki, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və onun ətrafındakı 7 rayonu işğal etməsi ölkəmizin Avropa yolunda Avropa İttifaqı ilə Azərbaycan arasında bütün sahələr üzrə dinamik əməkdaşlığına zərər vurur.
F.Muradov bildirib ki, Azərbaycan Avropa İttifaqı və onun institutları ilə münasibətlərin inkişafında, dərinləşməsində maraqlıdır. Azərbaycan və Aİ arasında həmişə iqtisadi, siyasi və mədəni sahədə yaxşı dialoq mövcud olub.
“Azərbaycan Avropa İttifaqı ilə terrorizmə qarşı mübarizədə səmimi əməkdaşlıq edib, enerji sahəsində də Aİ-nin mühüm tərəfdaşıdır. Azərbaycanın həyata keçirdiyi layihələr Avropa İttifaqı ölkələrinin enerji təchizatının şaxələndirilməsində həlledici əhəmiyyətə malikdir. Oktyabrın 30-da Asiya və Avropa arasında ən qısa və ən etibarlı nəqliyyat dəhlizi olan Bakı-Tbilisi-Qars dəmir yolu fəaliyyətə başladı. Bu, Avropa İttifaqı, Türkiyə, Gürcüstan, Azərbaycan və Mərkəzi Asiyanı birləşdirən nəqliyyat əlaqələrində mühüm addımdır”, - deyə F.Muradov əlavə edib.
Xatırladaq ki, “Şərq Tərəfdaşlığı” proqramına Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna daxildir.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”
12.11.2018
“Ümid edirik, Paşinyan anlayır ki, Paris Sülh Forumundakı çıxışı Ermənistanın xarici siyasəti ilə tamamilə ziddir”
12.11.2018
MDR kanalı: Almaniyadakı erməni mafiyası bütün ölkə ərazisinə səpələnib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10455

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info