“Statoyl Azərbaycan” Bakı Ali Neft Məktəbində seminar keçirdi
Tarix: 01.11.2017 | Saat: 16:33:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) Norveç dövlət neft şirkəti - “Statoyl” tərəfindən “Late Life Reservoir Management” – “Yatağın sonrakı istismarının idarə olunması” mövzusunda seminar keçirib. Tədbirdə ali məktəbin rektoru Elmar Qasımov, “Statoyl Azərbaycan” şirkətinin rəhbəri cənab Favad Quraişi və onun rəhbərlik etdiyi nümayəndə heyəti, BANM-in professor-müəllim heyəti və tələbələri iştirak edib. Seminar “Statoyl” şirkətinin Rezervuar texnologiyaları üzrə baş müşaviri, neft sənayesində 30 ildən çox təcrübəyə malik həmyerlimiz Qürbət Ağayev tərəfindən keçirilib.
Seminarı öz çıxışı ilə açan Elmar Qasımov “Statoyl Azərbaycan” tərəfindən bu cür əhəmiyyətli və lazımlı seminarın keçirilməsində göstərilən təşəbbüsə görə şirkətin prezidenti cənab Favad Quraishiyə və Qürbət Ağayevə öz təşəkkürünü bildirib.
Qürbət Ağayev böyük həvəslə BANM-in tələbələrinə “Statoyl” şirkətinin fəaliyyəti, daha sonra isə şimalın ən böyük neft yatağı olan “Statjford”un yarandığı gündən bu günə qədər keçdiyi inkişaf yolu, fəaliyyət istiqamətləri və uğurları haqqında danışıb. O iştirakçılarla neft-qaz sahəsinin strukturu, sahə drenaj strategiyaları, depressurizasiya (qapalı sahədə qaz təzyiqinin azaldılması), rezervuar parametrləri, bu istiqamətdə cari trendlər və digər mövzular üzrə tələbələrə geniş məlumat verib.
Qeyd edək ki, Q.Ağayev Azərbaycan, Rusiya və Norveçdə müxtəlif şirkətlərdə elmi tədqiqatçı və rezervuar mühəndisi kimi 12 illik təcrübədən sonra 1999-cu ildə “Statoyl” şirkətinə qoşulub. O həm “Statoyl”un, həm də partnyor şirkətlərin istismarında olan yataqlar üzrə Norveçdə və onun hüdudlarından kənarda böyük təcrübəyə malikdir.
Sonda BANM-in tələbələri “Statoyl”un əməkdaşına onları maraqlandıran suallar ünvanlayıblar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Türkiyə şəhidlərinin övladları Azərbaycana gəliblər
17.01.2019
İki nəfər Zabrat qəsəbəsindəki Sosial Sığınacağa aparılıb
17.01.2019
Açıq dənizdə dalğanın hündürlüyü 7,9 metrə çatıb
17.01.2019
DİN: Məmməd Əmin Rəsulzadənin barelyefini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
17.01.2019
“Loqos” turizm şirkəti ilə əməkdaşlıq haqqında memorandum imzalayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info