«Yoxsulluq erməni ailələrin ən xarakterik göstəricisidir»
Tarix: 13.05.2013 | Saat: 23:51:00 | E-mail | Çapa göndər



«Şirak» araşdırma mərkəzi: «Həmin ailələrin
əksəriyyəti uşaqlarını bağçaya, daha sonra
məktəbə göndərmək imkanından məhrumdurlar»

Ermənistanın Şirak əyalətində müvəqqəti yaşayış məntəqələrində yaşayan sakinlər ağır vəziyyətdədir. Uzun illərdir bu məntəqələrdə yaşamağa məcbur olan sakinlər dövlət tərəfindən heç bir maddi-mənəvi dəstək almırlar. Bu isə onların yaşayışını daha da ağırlaşdırır.
İmkansızlıq ucbatından evlərini tərk edərək xarici ölkələrə, əsasən də Rusiyaya üz tutan erməni ailə başçılarının bir daha geri qayıtmaması həmin ailələrin dolanışığını ciddi dərəcədə pisləşdirir. «Nyus.am» «Şirak» araşdırma mərkəzinin hazırladığı hesabata əsasən, yazır ki, ağır sosial- iqtisadi vəziyyət və müvəqqəti yaşayış yeri orada yaşayan ailələr üçün çoxlu neqativ hallar yaradıb: «Bu vəziyyətdə yaşamaqdan ən çox həmin ailələrin uşaqları əziyyət çəkir. Həmin ailələrin uşaqları məktəbi bitirdikdən sonra təhsili davam etdirmək haqqında düşünmürlər. Çünki həmin uşaqlar yeniyetmə yaşlarından ailəni dolandırmağa məcburdurlar. Ailələrin əksəriyyəti uşaqlarını körpələr evinə, daha sonra məktəbə göndərmək imkanından məhrumdurlar. İnternatlarda yaşayan məktəblilərin çoxu əksər vaxt məktəbə getmirlər. Müvəqəqti yaşayış məntəqələrində ən çox əri yanında olmayan tənha analar yaşayır. Bir sözlə, yoxsulluq Şirakdakı müvəqqəti yaşayış evlərində yaşayan ailələrin ən xarakterik göstəricisidir».
ANAR




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Astana şəhərinin yeni adı Nur-Sultan oldu
22.03.2019
Ermənistanda qazın qiyməti artacaq
21.03.2019
“Ermənistan hakimiyyəti Qarabağ danışıqlarına hazır deyil“
20.03.2019
Dariqa Nazarbayeva Qazaxıstan parlamenti Senatının sədri seçilib
19.03.2019
Ermənistan Azərbaycanla azaraq sərhədi keçmiş vətəndaşların mübadiləsinə hazırdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10706

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
3 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
4 Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub
5 Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info