Sağlamlıq imkanları məhdud gənclər Türkiyəyə təlim səfərinə yola salınıb
Tarix: 01.11.2017 | Saat: 17:02:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzindən daha 4 nəfər gənc Mərkəzin təlimçilərindən ibarət 4 nəfər müşahidəçi ilə birgə Türkiyə Respublikasına təlim səfərinə yola salınıb. 
Onlar Türkiyənin Ankara şəhərində sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiyası ilə məşğul olan müxtəlif dərnəklərin təcrübəsi ilə tanış olacaq, ayrı-ayrı peşə hazırlığı kurslarında iştirak edəcəklər. Gənclərin Türkiyədə bir sıra sosial reabilitasiya yönümlü tədbirlərdə iştirakına, qardaş ölkənin tarixi və görməli yerləri ilə tanışlığına da şərait yaradılacaq. 
Təlim səfəri “Azərbaycandan və Türkiyədən olan sağlamlıq imkanları məhdud gənclərin mübadilə Proqramı”nın icrası ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondu və “Sağlam Düşüncə” Gənclər Təşkilatı İctimai Birliyi arasında bu ilin aprel ayında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən təşkil olunur. Proqram iki ölkənin sağlamlıq imkanları məhdud gənclərinin qarşılıqlı səfərlərinin təşkil edilməsi, bu səfərlər çərçivəsində bir-biri ilə sıx ünsiyyət mühitinə malik olmalarına, peşə reabilitasiyası tədbirlərində qarşılıqlı iştirakına şərait yaradılması məqsədinə xidmət edir. Bu sahədə görülən işlərin ilk mərhələsi kimi, cari ilin may-sentyabr aylarında ayrı-ayrı qruplar şəklində Türkiyədən 15 nəfər sağlamlıq imkanları məhdud gəncin hər birinin bir nəfər müşahidəçi ilə birgə ölkəmizə təlim səfəri təşkil olunub. Onlar 15 gün müddətində 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində qalaraq burada peşə hazırlığı kurslarında iştirak ediblər. 
Ötən ayın ortalarından isə həmin Mərkəzdən sağlamlıq imkanları məhdud gənclərin ayrı-ayrı qruplar formasında qardaş ölkəyə göndərilməsinə başlanılıb. Ümumilikdə 20 nəfər gəncin hər birinin bir müşahidəçi ilə bərabər Türkiyədə 15 gün müddətinə təlim səfərinin təşkili planlaşdırılıb və onlardan artıq 8 nəfər gənc 8 nəfər müşahidəçi ilə birgə Ankaraya yola salınıb. 
Yola salınan gənclər ölkəmizdə əlilliyi olan şəxslərin reabilitasiyası və cəmiyyətə fəal inteqrasiyası, onların diqqət və qayğı ilə əhatə olunması məqsədilə aparılan fəal dövlət siyasətinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə edib, Türkiyəyə təlim səfərinə göndərildiklərinə görə sevinc hissi keçirdiklərini bildiriblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info