“Azərbaycanın Birinci vitse-prezidenti baleti çox sevir və onu himayə edir”
Tarix: 01.11.2017 | Saat: 17:25:00 | E-mail | Çapa göndər


“Azərbaycanın Birinci vitse-prezidenti, birinci xanım Mehriban Əliyeva baleti çox sevir və onu himayə edir”.
Bunu “Moskva-Bakı” saytına müsahibəsində Rusiyanın xalq artisti, Vaqanova adına Rusiya Balet Akademiyasının rektoru Nikolay Tsiskaridze deyib.
O qeyd edib ki, noyabrın sonunda Bakıya səfər edəcək və burada bir sıra ustad dərsləri keçəcək: “Mənim Azərbaycana dəvət olunmağımda Mehriban Əliyevanın da rolu var. Ona görə, fikrimcə, Azərbaycanda hər şey yaxşı alınacaq”.
O, həmçinin əlavə edib ki, gələcəkdə Rusiya Balet Akademiyası da Azərbaycana səfər edə bilər: “Əlbəttə, Sovet İttifaqının dağılmasından sonra bütün keçmiş ittifaq ölkələrində baletin Rusiya təsirinə çox ehtiyacı var. Mən bu barədə dəfələrlə danışmışam. Gürcüstan, Azərbaycan, Litva, Ukrayna və s. baletləri 1991-ci ildə başlayıb. Buna qədər bu ölkələrdə baletin tarixi Rusiya ilə sıx bağlı idi və əgər ümumiləşdirsək, bütün bunlar Rusiya imperiyası dövründə rus baleti, Sovet İttifaqı dövründə sovet baleti idi”.
N.Tsiskaridzenin sözlərinə görə, Moskva və Sankt-Peterburqdan təcrübə “axını” olmadan postsovet ölkələri bu sahədə böyük çətinliklər yaşayıb: “Ona görə də ixtisasın artırılmasında zərurət var. Ümid edirəm ki, Azərbaycana səfərimdən sonra ölkələrimizin balet ictimaiyyəti arasında daha sıx əlaqələr qurulacaq”.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info