“Qarabağ”ı tərifləyən rusiyalı: “Azərbaycanlılar ləyaqətlə topu özlərində saxlayırdılar”
Tarix: 01.11.2017 | Saat: 17:38:00 | E-mail | Çapa göndər


“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində “Atletiko” ilə səfər matçı Rusiya mətbuatında da böyük rezonans doğurub. “Football.kulichki.net” saytı 1:1 hesabı ilə başa çatan qarşılaşma ilə bağlı geniş yazı dərc edib.
 
Oyunu dəyərləndirən saytın əməkdaşı Pavel Surmin “Qarabağ”ın birinci hissədəki çıxışını yüksək qiymətləndirib. O, Azərbaycan çempionunun Madriddə özünü qonaq kimi aparmadığını qeyd edib: “Vanda Metropolitano”ya toplaşan azarkeşlərin təzyiqinə baxmayaraq, “Qarabağ” birinci hissədə çox intizamlı, müdafiədə məsuliyyətli, hücumda sakit oynadı. Bir sözlə, “Qarabağ” nümunəvi hissə keçirdi. Azərbaycanlılar ləyaqətlə topu özlərində saxlayırdılar. Qonaqlar oyuna diktə edirdilər və meydanın rəqibə aid hissəsində yüksək keyfiyyət nümayiş etdirir, dəqiq ötürmələrlə hücum qururdular. Belə vəziyyətdə belə, “Atletiko”nun rəqib müdafiəsini yarmaq şansı daha yüksək idi. Ancaq madridlilər ilk yarıda cəmi 2 təhlükəli hücumla öyünə bilərlər. Əvəzində “Qarabağ” künc zərbəsindən sonra Miçelin başla “doqquzluğ”a göndərdiyi qol sayəsində madridli azarkeşlərə şok yaşatdı”.
 
Surminin fikrincə, ikinci hissədə azlıqda mübarizə aparan “Qarabağ”a 1 xalı qapıçı İbrahim Şehiç qazandırıb: “İkinci hissədə gözlənilmədən aqressiv futbol izlədik. “Atletiko” tempi artırdı və “Qarabağ” buna sərt döyüş sənətindən istifadə edərək cavab verdi. İkinci hissənin əvvəlində Tomasın yaxın küncə zərbəsi qarşısıalınmaz oldu. Bir qədər sonra isə qonaqların ən yaxşılarından olan Pedro Enrike rəqib müdafiəçisinin sifətinə təpiklə vurduğu üçün meydandan qovuldu. Son yarım saatda “Qarabağ” əsl cəhənnəmdən keçməli oldu. “Atletiko” hücumda təzyiqi dəhşətli dərəcədə artırdı. Amma qonaqlar şanslı günlərində idilər, İbrahim Şehiç onları “daşıdı”. Bir epizodda da müdafiəçi (Rəşad Sadıqov) topun qapıdan keçməsinə imkan vermədi. Matçın son akkordunda Qaytanın zərbəsini dəf edən Şehiç komandasını xilas etdi və “Qarabağ”ın sensasiyaya imza atmasına şərait yaratdı. Bosniyalı qolkiper bununla növbəti dəfə matçın qəhrəmanı rolunu oynadı”.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Akrobatika üzrə dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıblar
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar
18.11.2018
UEFA Millətlər Liqası: İngiltərə növbəti mərhələyə yüksəlib
18.11.2018
Azərbaycan gimnastı Abdulla Əl-Məşayxi: Mübarizə çətin idi
18.11.2018
“Messi ilə Ronaldo Qızıl Top-a layiq deyillər”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info