“İtaliya Azərbaycan ilə əlaqələrin inkişafına böyük maraq göstərir”
Tarix: 01.11.2017 | Saat: 18:11:00 | E-mail | Çapa göndər


Noyabrın 1-də Milli Məclisin sədri Oqtay Əsədov İtaliya Senatının sədr müavini Linda Lanzillotanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Oqtay Əsədov ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyib. Vurğulayıb ki, siyasi münasibətlərlə yanaşı, iqtisadi əlaqələr də yüksələn xətlə inkişaf edir. Bu günədək ölkələrimiz arasında 40-a yaxın sənəd imzalanıb.
Parlamentlərarası münasibətlərin əhəmiyyətindən danışan Milli Məclisin sədri hər iki ölkənin qanunverici orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini təqdirəlayiq hesab edib.
İtaliya Senatının sədr müavini Linda Lanzillota ölkəsinin Azərbaycan ilə əlaqələrin inkişafına böyük maraq göstərdiyini xüsusi vurğulayıb. Əminliyini bildirib ki, onların bu səfəri iki ölkə arasındakı əlaqələrin inkişafına müsbət təsirini göstərəcək. Qonaq parlamentlər səviyyəsində əməkdaşlığın dərinləşməsindən də söz açıb. Deyib ki, bu cür qarşılıqlı səfərlər əlaqələrin inkişafına öz töhfəsini verəcək.
“Bakı gözəl və müasir şəhərdir. Buradakı müasir memarlıq üslubunda olan binalar bizi valeh etdi. Bütün bunlar Azərbaycanın inkişafının göstəricisidir. İtaliya Azərbaycan ilə iqtisadi, enerji sahələrində tərəfdaşdır. Təkcə bu sahələr deyil, həmçinin mədəni sahədə də əlaqələrimiz mövcuddur”, - deyə Linda Lanzillota vurğulayıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.08.2019
Azərbaycan hökuməti gənclərin bu günü və gələcəyi uğrunda böyük işlər görür
23.08.2019
İndoneziya səfiri: “Dağlıq Qarabağ məsələsində Azərbaycanı həmişə dəstəkləmişik“
23.08.2019
Makron: “Hindistan və Pakistan problemi qarşılıqlı şəkildə həll etməlidirlər“
23.08.2019
“Biz silah yarışına girmək istəmirik, amma...“
23.08.2019
“Təhsilhaqqını ödəyə bilməyənlərlə bağlı xeyriyyə kampaniyası alqışlanası addımdır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info