NDU-da elmi konfrans keçirilib
Tarix: 01.11.2017 | Saat: 18:12:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə elmi-nəzəri konfrans keçirilib.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbir iştirakçılarını salamlayaraq müasir dövrdə Azərbaycan gənclərinin hərbi vətənpərvərlik tərbiyəsi məsələsinin mühüm əhəmiyyət daşıdığını və bu mənada gənc nəsli psixoloji, mənəvi baxımdan hərbi xidmətə hazırlamağın vacibliyini qeyd edib.
Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Səxavət Salmanov “Çağırışaqədərki yaş həddində olan vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsi” adlı məruzəsində əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu prosesindən danışıb. Qeyd olunub ki, bu gün Azərbaycanın güclü və qüdrətli ordusu var. Son illərdə orduya ayrılan xərclər, ordu quruculuğu sahəsində görülən işlər, hərbi sənaye kompleksinin inkişaf etdirilməsi, ordunun müasir əsaslarla komplektləşdirilməsi bunu deməyə əsas verir. Səxavət Salmanov onu da bildirib ki, görülən bu işlər çağırışyaşlı gənclərin hərbi hissələrdə nümunəvi xidmətinə imkan yaradır.
Dövlət Xidmətinin əməkdaşı, mayor Vüsal Əliyevin “Azərbaycan Respublikası vətəndaşlarının həqiqi hərbi xidmətə çağırılması işinin təşkili” adlı məruzəsində bildirilib ki, Azərbaycan Respublikasında vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçirilir və respublikanın müdafiə siyasəti ölkəmizin hərbi və digər sahələrində maraqlarının təmin olunmasına yönəlib.
“Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi” adlı məruzə ilə çıxış edən universitetin Çağırışaqədərki Hazırlıq və Mülki Müdafiə kafedrasının baş müəllimi Cavanşir Zeynallının gənclərdə vətənpərvərlik və dövlətçilik hisslərinin gücləndirilməsində onların hərbi-vətənpərvərlik tərbiyəsinin rolundan və bu sahədə həyata keçirilən kompleks tədbirlərdən danışıb.

Nərmin Cabbarova
NDU-nun
Mətbuat şöbəsinin əməkdaşı




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info