Şəkidə gənclərin ictimai fəallığı mövzusunda dəyirmi masa keçirilib
Tarix: 01.11.2017 | Saat: 19:03:00 | E-mail | Çapa göndər


Azərbaycan Gənclərnin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) oktyabrın 31-də Şəki şəhərində “Gənclərin ictimai fəallığı: Azərbaycan təcrübəsi” adlı dəyirmi masa keçirib. Əsas məqsəd gənclərin dövlət gənclər siyasətində fəal iştirakı, buna müvafiq olaraq BMT-nin gənclər qolları ilə gələcəkdə əməkdaşlıq perspektivlərini müzakirə etmək, "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının əhəmiyyətini gənclərin nəzərinə çatdırmaqdır.
Şəki şəhəri Gənclər və İdman İdarəsinin rəisi Vüqar İsgəndərov dövlət gənclər siyasəti barədə qısa məlumat verdi, AGAT-la layihələr çərçivəsində uğurlu əməkdaşlıq etdiyini, gənclərin ictimai fəallığının artırılması istiqamətində görülən işləri vurğuladı.
AGAT-ın sədri Lalə Mehdiyeva təşkilatın fəaliyyəti barədə Şəki gənclərinə məlumat verdi. Azərbaycan Dövlət Gənclər siyasəti barədə söz açdı və xüsusilə "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının əhəmiyyətini gənclərin nəzərinə çatdırdı. AGAT və BMT-nin müxtəlf qurumları ilə əməkdaşlıqdan, cari layihələri barədə danışdı.
Daha sonra etika üzrə ekspert, beynəlxalq layihələrdə fandreyzinq üzrə fəaliyyət göstərən, Etika Akademiyasının rəhbəri Günel İbrahimə verildi. G. İbrahim tədbir iştirakçılarına liderlik və natiqlik mövzusunda çıxış etdi. Sonda gənclərlə müzakirələr aparıldı. Qeyd edək ki, seminarda BMT-nin İnkişaf Proqramın Azərbaycan üzrə nümayəndəliyinin əməkdaşı Gülər Fətəl qonaq qismində iştirak etmişdir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb
13.11.2018
Külli miqdarda siqareti yanacaq çənində gizlətdi
13.11.2018
Yeni ildə yaxınlarınıza İSMA Bikes hədiyyə edin
13.11.2018
“Azərçay” və “Bizim Tarla” Lənkəran “Çay, çəltik, sitrus festivalı“nda

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10465

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info