Uşaqlar oyuncaq batareyalarını tez-tez udurlar
Tarix: 01.11.2017 | Saat: 19:09:00 | E-mail | Çapa göndər


Oyuncaq batareyası udmuş uşağın mədəsindəki yad cisim endoskopik yolla bədəndən xaric edilib.
Mərkəzi Klinikadan AZƏRTAC-a bildiriblər ki, valideynləri tərəfindən tibbi müəssisəyə gətirilən, 1 santimetr diametrində yad cisim udmuş uşaq pediatr-qastroenteroloq Dilarə Bayramova tərəfindən ümumi anesteziya altında endoskopik yolla əməliyyat olunub.
Bu barədə məlumat verən həkim deyib: “Son zamanlar 1-3 yaşarası uşaqların oyuncaq batareyalarını udma hallarına tez-tez rast gəlinir. Bu səbəbdən valideynlərin daha diqqətli olmalarına ehtiyac var. Belə ki, batareyaların tərkibindəki maddə mədə şirəsinin təsiri ilə korroziyaya olunaraq kimyəvi reaksiya verir. Bu isə selikli qişanın zədələnməsi və mədədə qanaxma ilə nəticələnə bilər.
Onu da qeyd edim ki, valideynin xəbəri olmadan uşağın bu kimi cisimləri udması özünü heç bir şəkildə büruzə vermir və orqanizmdə kimyəvi proses davam edir. Bu kimi hallarla rastlaşmamaq üçün uşağın nəzarətsiz qalmamasına diqqət yetirilməlidir”.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Azərbaycanın hesabatı BMT-yə təqdim olunacaq
25.06.2019
Azərbaycanda bu şəxslərə verilən pul təminatı artırılır
24.06.2019
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar
24.06.2019
Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir
23.06.2019
Naxçıvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkasında bolluq və ucuzluqdur

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
3 Əli Nağıyev DTX rəisi təyin edildi
4 Heydər Əliyev və bələdiyyələr
5 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info