Vardan Aramyan: “Yaxın üç ildə Ermənistanda heç bir müavinət artımı olmayacaq“
Tarix: 01.11.2017 | Saat: 19:47:00 | E-mail | Çapa göndər


Ermənistanda xalqın etirazı, dirəniş göstərməsi artıq ölkənin dövlət rəsmiləri tərəfindən də adi hal kimi qarşılanmaqdadır. Bunu ölkə parlamenti qarşısında "Arınç Mall" və "Surmalu" ticarət mərkəzləri əməkdaşları tərəfindən keçirilən etiraz aksiyasına dövlət rəsmilərinin göstərdikləri etinasız münasibət də sübut edir. Qeyd edək ki, etirazçılar Vergi Məcəlləsinə düzəlişlər edilməsini tələb edirlər. Onlar bütün bu proseduraları vergi yükünün artırılmasına hesablaşmış bir addım kimi dəyərləndirirlər.
Maraqlıdır ki, etirazçılar Dövlət gəlir komitəsinin sədri Vardan Harutyunyan onların tələblərini qəbul etməyəcəyi təqdirdə, onun istefasını tələb edəcəklərini də istisna etməyiblər. Daha maraqlı münasibət isə Dövlət gəlir komitəsinin sədri Vardan Harutyunyan tərəfindən çox sərt şəkildə bildirilib. «Qanunvericiliklə müəyyən edilmiş qaydada hər kəs vergi ödəməlidir»-deyən komitə sədri etirazçılara «xox» gəlməkdən də çəkinməyib. O, özünə arxayın şəkildə vergidən qaçmaq üçün mitinq və ya mitinqlər keçirməyin heç bir effekt verməyəcəyini bəyanlayıb.
Bu gün miskin həyat yaşayan Ermənistan üçün maliyyə böyük önəm kəsb etməkdədir. Ölkə rəhbərliyi günü-gündən şişməkdə olan xarici borcların məyyən qismini məzlum erməni xalqının kürəyindən çıxarmaqda israrlıdır. Bundan əlavə, erməni prezidentin son addımları «su meymunun boğazına çatanda öz doğma balasını belə, ayağı altında qoyur» prinsipinə yaxınlaşmaqdadır. Belə ki, Sərkisyan gələn ildən etibarən administrasiyasında çalışanların yarısının fəaliyyətinə xitam verilməsi barədə tapşırıq verib. Bu da təbiidir. Necə deyərlər, «bildirçinin bəyliyi darı sulanana qədərdir». Beləliklə, gələn ildən etibarən Ermənistanın prezident administrasiyasına ayrılan xərclər 4.88 milyard dramdan, 2.45 milyard drama endiriləcək. Bu isə təşkilatda işləyən 410 əməkdaşdan yarıdan çoxunun işsiz qalması deməkdir.
Qeyd edək ki, bir müddət bundan əvvəl, Rusiya mətbuatına açıqlama verən Sərkisyan dünyadakı ermənilərin üçdə ikisinin Ermənistandan kənarda yaşadığını bildirmişdi. Lakin o, buna əsas gətirməkdə çətinlik çəkmişdi. Əslində isə bu sualı erməni prezidentinə ünvanlayan rusiyalı əməkdaş hazırda Ermənistanda qalan xeyli ac-yalavacın da, ölkədən qaçmaq üçün fürsət gözlədiklərini yaxşı anlayırdı.
Bunu Ermənistanda yaşananlar da təsdiq edir. Bizlərdə “ac qılınca çapar» deyimi var. Buna nümunə kimi, Ermənistanın maliyyə nazirinin son etiraflarını göstərmək olar. O, açıq şəkildə yaxın gələcəkdə pensiya və maaşlarda artım olmayacağı barədə məlumat verib. «Jamanak» nəşrinə verdiyi açıqlamasında nazir Vardan Aramyan gələcəkdə Ermənistanda 4-5 faiz iqtisadi artımın olacağını, lakin yaxın üç ildə heç bir müavinət artımının olmayacağını, əksinə, bəzi malların qiymətində artım olacağını bildirib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info