“Sabah”: “Anadolu iqtisadiyyatına “dəmir” kimi dəstək”
Tarix: 01.11.2017 | Saat: 20:06:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasından və sənədlərin imzalanması mərasimindən sonra hər iki ölkə rəhbərləri mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyevin fikirlərini xüsusi vurğulayan Türkiyənin “Sabah” qəzeti yazır ki, Türkiyə-Azərbaycan əlaqələrinin ən yüksək səviyyədə olduğunu söyləyən Azərbaycanın dövlət başçısı dünyada bu iki ölkə qədər bir-birini davamlı dəstəkləyən başqa bir ölkələrin olmadığını söyləyib. Enerji və nəqliyyat məsələləri üzrə danışıqlar apardıqlarını deyən Prezident İlham Əliyev bildirib ki, biz hədəflərimizə uğurla çatdıq və TANAP yaxın gələcəkdə tamamlanacaq: “Bakı-Tbilisi-Qars dəmir yolu xətti açılıb. Bu tarixi günü qardaşım Ərdoğan və Türkiyədən gələn digər qardaşlarımızla birlikdə yaşadıq. Türkiyə və Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən bütün layihələr fəaliyyətə başlayır. Bu, birliyimiz və dostluğumuz sayəsində olur. Bu gün Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, birliyi bölgə üçün önəmli amildir, bölgədə sabitləşdirici rol oynayır. Güclənən Türkiyə bizim gücümüzü artırır və biz də sizin uğurlarınıza ürəkdən sevinirik. Əziz qardaşımın liderliyi sayəsində Türkiyə bu gün dünya miqyasında böyük gücə çevrilib. Dostlar sevinir, düşmənlər isə məyus olur. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı əbədi olacaq”.

Qəzet həmçinin yazır ki, Prezident İlham Əliyev, Prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir Kvirikaşvilinin iştirakı ilə açılışı gerçəkləşən Bakı-Tbilisi-Qars dəmir yolu xətti Şərqi Anadolu bölgəsində olan əyalətlərə önəmli iqtisadi töhfələr verəcək. Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin həyata keçməsi Şərqi Anadolu bölgəsinin inkişafına səbəb olacaq. Marşrut boyunca yeni iş sahələri yaradılacaq. Logistikada yeni dövrünü yaşayacaq bölgənin iqtisadiyyatı canlanacaq. Bisnes aləminin nümayəndələri, bölgənin həm logistika gücünə, həm də bir ixrac mərkəzi olacağı təqdirdə istehsala imkan yaranacağına inanırlar.

Yeni iş sahələri yaranacaq

Qars Ticarət Palatası başçısı Fahri Ötegen bu layihə ilə Şərqi Anadoluda yeni bir sektorun ortaya çıxacağını söyləyib: “Qars Logistika Mərkəzi tamamlansa, yeni bir sektor meydana gələcək və BTQ dəmir yolu xətti ilə çox sayda yeni iş sahələri yaranacaq".
Ərdahan Ticarət və Sənaye Palatası İdarə Heyəti üzvü Sevim Köseliören isə bildirib ki, xəttin fəaliyyətə başlaması ilə Londondan Pekinə dəmir yolu ilə çatmaq mümkün olacaq və hətta Çindən gələn yükün Xəzər dənizi ilə Bakı Ələt limanına, oradan da Avropaya daşınması nəzərdə tutulur. Bu, Ərdahan və Qarsın Türkiyənin sonuncu bölgəsi deyil, artıq böyük Türkiyənin mərkəzində yer alması deməkdir”.

İnvestorların önü artıq daha açıqdır

Ərzincan Ticarət və Sənaye Palatası İdarə Heyəti başçısı Hayati Gürkan layihənin həyata keçməsi ilə Türkiyənin sosial-iqtisadi baxımdan çox əhəmiyyətli bir mərhələ keçdiyini bildirib: “Bu xətt investorun önünü açacaq, həm yeni investorlarımız, həm də bölgədə ixracla məşğul olan firmalarımız rahat şəraitdə ticarətlərini gerçəkləşdirəcək”. Sərhəd qəsəbələrindən biri olan İğdır da BTQ dəmir yolu xətti ilə turizm və təhlükəsizliyə təsir göstərəcək. İğdır Ticarət və Sənaye Palatası başçısı Kamil Arslan bu layihə ilə bağlı “Bölgə nəqliyyatında lokomotiv olacaq" deyib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
İnnovasiyalar Agentliyinin Nizamnaməsi və Strukturu təsdiqlənib
22.02.2019
Dövlət Gömrük Komitəsi növbəti mediatur təşkil edib
22.02.2019
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
22.02.2019
Azərbaycanın turizm imkanları Moskvada təqdim olunub
22.02.2019
“Xocalıya ədalət“: İsraildə soyqırımı qurbanlarının anım günü keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info