Kürdəmir heyvası Rusiya bazarlarına çıxarılacaq
Tarix: 01.11.2017 | Saat: 20:37:00 | E-mail | Çapa göndər


Kürdəmir rayonunda heyva yığımına başlanılıb. Cari mövsümdə bağlardan 2000 ton məhsul əldə olunması gözlənilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, bölgədə heyva bağlarının sahəsi ildən-ilə artır və hazırda 130 hektara çatıb. Rayonun demək olar ki, bütün ərazisində, xüsusilə Yenikənd, Atakişili, Xırdapay, Qağacılı, Topalhəsənli, Dəyirmanlı, Mürtülü və digər ərazi dairələrində sakinlər heyva bağları salmağa böyük maraq göstərirlər. Kürdəmirli bağbanlar heyvanın “Məcidəmi”, “Bəhram”, “Cardam”, “Kamil”, “Əppək”, “Armudu”, “İyli”, “Almalı”, “Bardaq” və digər növlərini yetişdirirlər.
Ötən il rayonda 1890 ton heyva tədarük olunub. Bu il məhsul istehsalının 200 tonadək artacağı gözlənilir.
Yığılan məhsul təkcə yerli bazarlara deyil, xarici bazarlara da göndərilir. İndi sahibkarlar Kürdəmir heyvasını Rusiya bazarlarına çıxarmağa hazırlaşırlar.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info