Pakistan-Azərbaycan biznes forumu keçirilib
Tarix: 14.05.2013 | Saat: 00:11:00 | E-mail | Çapa göndər


Pakistanın İslamabad Ticarət və Sənaye Palatasının (İCCİ) təşkilatçılığı ilə Pakistan-Azərbaycan biznes forumu keçirilib.
“Pakistanintheworld” saytının verdiyi məlumata görə, forumda iki ölkə arasındakı ticarət və biznes imkanları müzakirə olunub. Tədbirdə Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov, Mərkəzi Asiya ölkələrinin İslamabaddakı diplomatik missiyalarının rəhbərləri, Pakistanın bir sıra biznesmenləri və rəsmi şəxslər iştirak edib.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov bildirib ki, iki ölkə qarşılıqlı iqtisadi, ticarət əlaqələri daha da inkişaf etdirməkdə maraqlıdırlar. O bildirib ki, Azərbaycan böyük qaz və neft ehtiyatlara və bu sahədə təcrübəyə malikdir, Pakistan isə kənd təsərrüfatı və süd məhsulların istehsalı üzrə ixtisaslaşıb və iki ölkə bu sahələrdə sıx əməkdaşlıq edə bilərlər.
İCCİ-nin prezidenti Zəfər Bəxtəvəri bildirib ki, Pakistan Mərkəzi Asiya ölkələri və Azərbaycanla əməkdaşlığını inkişaf etdirməkdə maraqlıdır: “Biz xüsusilə enerji sektorunda Azərbaycanla əməkdaşlıq etmək istəyirik, çünki bu enerji böhranının ölkəmizin iqtisadiyyatına verdiyi ziyanı aradan qaldırmağa kömək edər”.
Z.Bəxtəvəri Pakistandan bütün Mərkəzi Asiya ölkələrinə birbaşa aviareyslərin açılmasının vacibliyini vurğulayıb. O bildirib ki, “Turkish Airlines” aviaşirkətinə müraciət edərək İslamabadı Bakı, Düşənbə və ya Aşqabad vasitəsilə İstanbulla aviareyslə birləşdirmək imkanları barədə düşünməyə xahiş edib.
Daha sonra çıxış edən Quaidi Azam Universitetin, Beynəlxalq İslam Universitetinin və digər təhsil ocaqlarının təmsilçiləri iki ölkə arasında təhsil sahəsindəki əməkdaşlığın vacibliyini vurğulayıb, Azərbaycanın Pakistandakı səfirliyinin 36 pakistanlı tələbəyə təqaüd verilməsi təşəbbüsünü alqışlayıblar.




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Nazirlik 1-ci rübdə vergi sahəsində görülmüş işlər barədə məlumat yaydı
22.04.2019
Xoşbəxt Yusifzadə: “Xarici bazarlara yüz milyonlarla ton neft tədarük edilib”
22.04.2019
Nazir: “Cari ildə TANAP-la Türkiyəyə 1,5 milyard kubmetrdən çox qaz nəql edilib”
22.04.2019
Bəxtiyar Aslanbəyli: “AÇG yataqlar blokunun işlənməsinə 36 milyard dollardan çox sərmayə qoyulub”
22.04.2019
Vergilər naziri “AmCham”ın nümayəndələri ilə görüşüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Tarixin ibrət dərsləri...
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info