Moldovada daha bir siyasi qalmaqal: dövlət dili rumın dili adlana bilər
Tarix: 01.11.2017 | Saat: 23:55:00 | E-mail | Çapa göndər


Konstitusiya Məhkəməsinin rəhbəri Tudor Pançıru dövlət dilinin rumın dili adlanmasına müsbət rəy verildiyini açıqlayıb

Moldovada siyasi gərginliklər bir-birini əvəzləyir. Son bir ay ərzində əsas mübahisəli məsələ müdafiə nazirinin təyinatı ilə bağlı idi. Hökumətin təklif etdiyi namizədi prezident İqor Dodon təsdiqləməkdən imtina edirdi.
Onun həmin vəzifəyə başqa namizədi var idi. Parlamentin təsdiqindən keçən namizədin adı iki dəfə prezidentin masasından imzalanmadan geri qaytarılmışdı. Bundan sonra parlamentin spikeri Andrian Kandu Konstitusiya Məhkəməsinin icazəsi ilə Xalq-Avropa partiyasının sədr müavini Yevgeni Sturzunu müdafiə naziri təyin etdi. Konstitusiya Məhkəməsinin dövlət başçısının səlahiyyətində olan məsələni parlamentin sədrinin ixtiyarına verməsindən sonra indi də dövlət dili ilə bağlı qalmaqal yaşanır. Liberal-Demokrat Partiyası konstitusiyaya düzəliş hazırlayıb. Həmin düzəlişə əsasən ölkənin dövlət dili Moldova dili yox, rumın dili adlanmalıdır. 101 üzvlü parlamentin 35 deputatı artıq düzəlişə imza atıb. Düzəliş baxılmaq üçün Konstitusiya Məhkəməsinə təqdim edilmişdi.

Prezident Dodon:
“Moldova xalqını doğma dilimiz və ləyaqətimizin müdafiəsinə qaldıracağam”


Artıq nəticə bəllidir - Konstitusiya Məhkəməsinin rəhbəri Tudor Pançıru dövlət dilinin rumın dili adlanmasına müsbət rəy verildiyini açıqlayıb. Bundan sonra məsələ parlamentdə müzakirə ediləcək. Parlament üzvlərinin 2/3 hissəsinin müsbət rəyindən sonra düzəliş qüvvəyə minə bilər. Moldova dövlət başçısı İqor Dodon düzəlişə qarşı sərt mövqe ortaya qoyub. Dodon “RİA Novovsti”yə açıqlamasında bildirib ki, bütün mümkün vasitələrdən istifadə edərək dövlət dilinin adının dəyişməsinə imkan verməyəcək. Moldova dövlət başçısı konstitusiya düzəlişinə qarşı etiraz mitinqlərinin təşkil olunacağını da istisna etməyib. Prezident seçilənə qədər Dodonun başçılıq etdiyi Sosialistlər Partiyası da dövlət dilinin adının rumın dili adlanması ilə bağlı düzəlişə qarşı bəyanatla çıxış edib. Dodon müsahibəsində bildirib ki, parlamentdə həmin düzəlişin lehinə səs verəcək 67 deputatı tapmaq o qədər də asan olmayacaq. Dövlət başçısı bildirib ki, həmin düzəlişin bloklanması üçün 35 səsdən əlavə, daha 11 səsə ehtiyac var. Artıq bununla bağlı deputatlarla danışıqlara başlanıb: “Əgər konstitusiya düzəlişini qəbul edəcək sayda satqınlar tapılarsa, mənim həmin qanunu imzalamamaq üçün iki cəhdim olacaq. Bu imkandan mütləq istifadə edəcəyəm.

Roqozin “Twitter” səhifəsində yazıb:
“Niyə təəccüblənirsiniz? Moldova Konstitusiya Məhkəməsinin 6 üzvündən 5-nin Rumıniya pasportu var”


Düzəlişlə bağlı layihənin parlamentdə ilkin oxunuşundan sonuncu oxunuşuna qədər minimum ay yarım vaxt lazımdır. Əgər parlament çoxluğu yenə də təzyiq aləti kimi Konstitusiya Məhkəməsindən istifadə etsə, mən bütün Moldova xalqını doğma dilimiz və ləyaqətimizin müdafiəsinə qaldıracağam. Bu yolla getməyi məsləhət bilmirəm. Əcdadlarımız bizə dilimizi və əsrləri aşıb gələn ənənələri miras qoyublar. Biz bu dəyərləri, nəyin bahasına olursa olsun, uşaqlarımız, nəvələrimiz, nəticələrimiz üçün qorumağa borcluyuq”. Rusiya baş nazirinin müavini Dmitri Roqozin də bu məsələyə münasibət bildirib. Xatırladaq ki, prezident Dodona müxalif olan parlament spikeri və baş nazir bir müddət əvvəl Roqozinin olduğu təyyarənin Moldova ərazisinə daxil olmasına icazə verməmişdilər. Roqozin “Twitter” səhifəsində yazıb: “Niyə təəccüblənirsiniz? Moldova Konstitusiya Məhkəməsinin 6 üzvündən 5-nin Rumıniya pasportu var”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info