Qaxda qadınların problemləri müzakirə edilib
Tarix: 02.11.2017 | Saat: 00:02:00 | E-mail | Çapa göndər


Qadın klublarının yaradılması təklif edilir
Qax rayonunda ziyalı qadınların sayı çoxdur və onlar istər dövlət işində, istər ictimai sektorda, istərsə də şəxsi təsərrüfatda kifayət qədər fəaldırlar. Onların imkanları var ki, öz sahibkarlıq müəssisələrini, şəxsi bizneslərini qursunlar, bölgənin turistik imkanlarından istifadə edib sosial vəziyyətlərini yaxşılaşdırsınlar. Bunun üçün onlara azca təkan vermək lazımdır. Bu fikirlərı Qax rayonunun fəal xanımları “Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin təşkilatçılığı ilə “Qadınların sosial-psixoloji problemləri və onların həlli yolları” mövzusunda keçirilən görüşdə səsləndiriblər. “Qadın Liderliyi Uğrunda” İB-nin sədri Ülkər Abdullayeva bildirib ki, turizm və kənd təsərrüfatı potensialı olan bu bölgədə qadınlarla görüşün məqsədi ümumi vəziyyəti daha dərindən öyrənmək və onlara müvafiq dəstəyi verməkdir. Tədbirdə YAP Qax rayon təşkilatı Qadınlar Şurasının sədri Sevil Əsgərova deyib ki, Qaxda qadınlar müvafiq dövlət idarələrində, məktəblərdə, bağçalarda, kitabxanalarda və s. işləyir, ictimai tədbirlərə qatılır, həm də şəxsi təsərrüfatlarını idarə edirlər. Onların imkanı var ki, geniş turizm resursları olan bu bölgədə kiçik sahibkarlıq müəssisələri yaradıb rayon əhalisinin güzəranının yaxşılaşdırılmasına töhfələr versinlər. Qonşu Gürcüstanda turizm sahəsindəki uğurlara diqqət çəkən S.Əsgərova, oradakı imkanların bizdə də olduğunu, Qaxa daha çox turist cəlb etmək üçün zəruri addımları atmaq lazım gəldiyini deyib. Rayonun fəal xanımlarından Səfyə Süleymanova deyib ki, Qax rayonu “kişilər üçün cənnətdir”. Onları çayxanalarda, pivəxanalarda nərd, domino, şahmat oynayarkən tapmaq olar. Amma qadınların istirahət etmək imkanları yoxdur. O, rayonda qadınların öz dərdlərini bölüşə, problemlərinin həllinə dəstək verə biləcək qadın klublarının yaradılmasına ehtiyac olduğunu deyib. Qaxda qadınların çox işlədiyini vurğulayan tədbir iştirakçıları deyiblər ki, qadının çıxılmaz problemi olmasa, sevdiyi işlə məşğul olsa, ailədə zorakılıq görməsə, sevgi və sayğı ilə qarşılansa, heç vaxt özünü öldürmək fikrinə düşməz. “Bizim sadəcə xoş sözə, insani davranışlara ehtiyacımız var. Gərgin əməkdən sonra danlananda, xoş üz görməyəndə, həyatdan küsürük” – deyə xanımlardan biri bildirib. Tədbirdə o da səslənib ki, qadınların sosial-psixoloji problemlərinin həlli üçün ilk növbədə onlarda özünə güvən hissini formalaşdırmaq lazımdır. Bunun üçün maarifləndirici tədbirlər keçirilməli, qadınların sosiallaşmasına cəhd göstərilməlidir. Qadınlara təşkilat üzvləri tərəfindən öz sosial vəziyyətlərini yaxşılaşdırmaq istiqamətində görəcəyi işlər, bisneslərini qurmaqla bağlı faydalı məsləhətlər verilib, motivasiya nitqləri söylənilib. Qeyd edək, sözügedən görüş Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Qadınların sosial-psixoloji böhrandan çıxmasına və inkişafa hədəflənməsinə dəstək” layihəsi çərçivəsində həyata keçirilib.




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Ordubadlı nümunəvi ailə təsərrüfatlarının iş təcrübələri muxtar respublikada yayılır
25.05.2019
Beyləqandakı əmək yarmarkasında 54 nəfər işə göndəriş alıb
24.05.2019
Tikinti mühəndisi vəzifəsinə işçi axtarılır
24.05.2019
“Gilan Holding“ işçi axtarır
24.05.2019
Bank mütəxəssis axtarır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info