“Sabah”: “Anadolu iqtisadiyyatına “dəmir” kimi dəstək”
Tarix: 02.11.2017 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasından və sənədlərin imzalanması mərasimindən sonra hər iki ölkə rəhbərləri mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyevin fikirlərini xüsusi vurğulayan Türkiyənin “Sabah” qəzeti yazır ki, Türkiyə-Azərbaycan əlaqələrinin ən yüksək səviyyədə olduğunu söyləyən Azərbaycanın dövlət başçısı dünyada bu iki ölkə qədər bir-birini davamlı dəstəkləyən başqa bir ölkələrin olmadığını söyləyib. Enerji və nəqliyyat məsələləri üzrə danışıqlar apardıqlarını deyən Prezident İlham Əliyev bildirib ki, biz hədəflərimizə uğurla çatdıq və TANAP yaxın gələcəkdə tamamlanacaq: “Bakı-Tbilisi-Qars dəmir yolu xətti açılıb. Bu tarixi günü qardaşım Ərdoğan və Türkiyədən gələn digər qardaşlarımızla birlikdə yaşadıq. Türkiyə və Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən bütün layihələr fəaliyyətə başlayır. Bu, birliyimiz və dostluğumuz sayəsində olur. Bu gün Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, birliyi bölgə üçün önəmli amildir, bölgədə sabitləşdirici rol oynayır. Güclənən Türkiyə bizim gücümüzü artırır və biz də sizin uğurlarınıza ürəkdən sevinirik. Əziz qardaşımın liderliyi sayəsində Türkiyə bu gün dünya miqyasında böyük gücə çevrilib. Dostlar sevinir, düşmənlər isə məyus olur. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı əbədi olacaq”.

Qəzet həmçinin yazır ki, Prezident İlham Əliyev, Prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir Kvirikaşvilinin iştirakı ilə açılışı gerçəkləşən Bakı-Tbilisi-Qars dəmir yolu xətti Şərqi Anadolu bölgəsində olan əyalətlərə önəmli iqtisadi töhfələr verəcək. Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin həyata keçməsi Şərqi Anadolu bölgəsinin inkişafına səbəb olacaq. Marşrut boyunca yeni iş sahələri yaradılacaq. Logistikada yeni dövrünü yaşayacaq bölgənin iqtisadiyyatı canlanacaq. Bisnes aləminin nümayəndələri, bölgənin həm logistika gücünə, həm də bir ixrac mərkəzi olacağı təqdirdə istehsala imkan yaranacağına inanırlar.

Yeni iş sahələri yaranacaq

Qars Ticarət Palatası başçısı Fahri Ötegen bu layihə ilə Şərqi Anadoluda yeni bir sektorun ortaya çıxacağını söyləyib: “Qars Logistika Mərkəzi tamamlansa, yeni bir sektor meydana gələcək və BTQ dəmir yolu xətti ilə çox sayda yeni iş sahələri yaranacaq".
Ərdahan Ticarət və Sənaye Palatası İdarə Heyəti üzvü Sevim Köseliören isə bildirib ki, xəttin fəaliyyətə başlaması ilə Londondan Pekinə dəmir yolu ilə çatmaq mümkün olacaq və hətta Çindən gələn yükün Xəzər dənizi ilə Bakı Ələt limanına, oradan da Avropaya daşınması nəzərdə tutulur. Bu, Ərdahan və Qarsın Türkiyənin sonuncu bölgəsi deyil, artıq böyük Türkiyənin mərkəzində yer alması deməkdir”.

İnvestorların önü artıq daha açıqdır

Ərzincan Ticarət və Sənaye Palatası İdarə Heyəti başçısı Hayati Gürkan layihənin həyata keçməsi ilə Türkiyənin sosial-iqtisadi baxımdan çox əhəmiyyətli bir mərhələ keçdiyini bildirib: “Bu xətt investorun önünü açacaq, həm yeni investorlarımız, həm də bölgədə ixracla məşğul olan firmalarımız rahat şəraitdə ticarətlərini gerçəkləşdirəcək”. Sərhəd qəsəbələrindən biri olan İğdır da BTQ dəmir yolu xətti ilə turizm və təhlükəsizliyə təsir göstərəcək. İğdır Ticarət və Sənaye Palatası başçısı Kamil Arslan bu layihə ilə bağlı “Bölgə nəqliyyatında lokomotiv olacaq" deyib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Azərbaycan və Belarus arasında on milyonlarla dollarlıq müqavilələrin bağlanması gələcək üçün yaxşı göstəricidir
20.11.2018
Azərbaycan nefti bahalaşıb
19.11.2018
Gələcəyin iqtisadiyyatı: peyk müşahidəsi ixrac potensialını yüksəldəcək
19.11.2018
Doqquz ayda Azərbaycanda 94,5 min daimi iş yerləri açılıb
19.11.2018
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info