BANM ilə “SOCAR Methanol” MMC arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb
Tarix: 02.11.2017 | Saat: 15:53:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbi (BANM) ilə “SOCAR Methanol” MMC arasında mütəxəssis hazırlığı üzrə əməkdaşlıq haqqında razılaşma imzalanıb. Sənədi BANM-in rektoru Elmar Qasımov və “SOCAR Methanol” MMC-nin baş direktoru Elnur Mustafayev imzalayıblar.
BANM-dən bildirilib ki, bu ali təhsil ocağında təşkil olunan imzalanma mərasimində müəllimlər, tələbələr və “SOCAR Methanol” MMC-nin nümayəndələri iştirak ediblər.
Tədbirdə E.Qasımov rəhbərlik etdiyi ali təhsil ocağı ilə “SOCAR Methanol” MMC arasındakı əməkdaşlıqdan danışıb. Rektor şirkətin rəhbərliyinin BANM-in fəaliyyətinə və tələbələrinə olan marağını yüksək dəyərləndirib.
Rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verən E.Mustafayev diqqətə çatdırıb ki, “SOCAR Methanol” MMC SOCAR-ın törəmə şirkətidir. Qurumun yalnız Azərbaycanda deyil, regionda da sürətlə inkişaf edən transmilli şirkət olduğunu deyən E.Mustafayev vurğulayıb ki, “SOCAR Methanol” MMC Türkiyə, İsveçrə, BƏƏ ilə geniş əlaqələr qurub.
Sonra “SOCAR Methanol” MMC-nin təhlükəsiz və fasiləsiz davam edən fəaliyyəti haqqında məlumat verilib, “Azərbaycanda potensial metanol istehsalı” mövzusunda ingilis dilində təqdimat olub.
Neft-qaz və kimya sənayesində mühəndislik üzrə ixtisaslı və peşəkar kadr problemindən danışan baş direktor “SOCAR Methanol” MMC-nin və SOCAR-ın digər törəmə şirkətlərinin müvafiq sahələr üzrə texnologiyanı yaxşı bilən mütəxəssislərə böyük tələbatın olduğunu deyib. BANM-in “SOCAR Methanol” MMC-də yay istehsalat təcrübəsi keçən tələbələrinin fəaliyyətindən razı qaldığını bildirən E.Mustafayev bu cür təcrübə proqramlarının davam etdirilməsini dəstəklədiyini vurğulayıb.
Qeyd edək ki, cari ilin iyul-sentyabr aylarında BANM-in beşinci kurs kimya mühəndisliyi ixtisası üzrə təhsil alan dörd tələbəsi “SOCAR Methanol” MMC-də yay istehsalat təcrübəsi keçib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Yol Polisi sürücülərə müraciət edib
23.01.2019
Türkiyənin şəhid övladları Bakı Velotrekində
23.01.2019
Rudolf İvanov dünyasını dəyişib
23.01.2019
Gənclərin sayı sürətlə artır
23.01.2019
Yuyucu tozun içərisində narkotik vasitə və psixotrop maddə aşkarlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Əli Abdalov Mehman Hüseynovla barışıb
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info