Büdcəyə 2,1 mlrd. manat artıq vergi ödənilib
Tarix: 02.11.2017 | Saat: 16:16:00 | E-mail | Çapa göndər


Vergilər Nazirliyi xətti ilə təmin olunan gəlirlər üzrə 1 iyul 2017-ci il tarixə vergi ödəyicilərinin dövlət büdcəsinə olan borcları ümumilikdə 1 mlrd. 172 mln. 347,3 min manat (o cümlədən, verginin əsas məbləği üzrə 961 mln. 191,5 min manat, maliyyə sanksiyaları üzrə 168 mln. 422,4 min manat, faizlər üzrə 42 mln. 733,4 min manat), artıqödəmələri isə 2 mlrd. 141 mln. 340,6 min manat təşkil edib.
 
Bu barədə "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə Hesablama Palatasının rəyində qeyd edilib.
 
Sənəddə vurğulanıb ki, son illərin dinamikası borcun həcmindən fərqli olaraq artıqödəmə məbləğinin davamlı şəkildə artmasını müşahidə etməyə imkan verir. 1 iyul 2017-ci il tarixə vergi ödəyiciləri üzrə ümumilikdə dövlət büdcəsinə olan 2 mlrd. 141 mln. 340,6 min manat məbləğində artıqödəmənin faiz nisbətləri dövlət büdcəsinə olan borclara (1 mlrd. 172 mln. 347,3 min manat) qarşı 182,7%, Vergilər Nazirliyinin xətti ilə cari ilin yanvar-iyun ayları ərzində dövlət büdcəsinə təmin olunan ümumi gəlirlərə (3 mlrd. 352 mln. 375,6 min manat) qarşı 63,9%, vergi gəlirlərinə (3 mlrd. 119 mln. 186,6 min manat) qarşı 68,7%, növbəti il üzrə nəzərdə tutulan proqnoza qarşı isə 27,1% təşkil edib.
 
Həmin tarixə dövlət büdcəsinə olan ümumi borcun 66,1%-i (774 mln. 667,5 min manatı) xüsusi mülkiyyətə, 20,7%-i (242 mln. 350,5 min manatı) dövlət mülkiyyətinə, 11,2%-i (131 mln. 790,9 min manatı) xarici mülkiyyətə, 2%-i (23 mln. 286,9 min manatı) isə birgə mülkiyyət növlərinə aid edilən vergi ödəyiciləri üzrə yaranıb. 1 mlrd. 172 mln. 347,3 min manat məbləğində ümumi borcun 3%-i (34 mln. 661,1 min manatı) neft sektorunda, 97%-i (1 mlrd. 137 mln. 686,2 min manatı) isə qeyri-neft sektorunda fəaliyyət göstərən vergi ödəyicilərinin hesabınadır.
 
Eyni zamanda, 1 iyul 2017-ci il tarixə dövlət büdcəsinə olan artıqödəmə məbləğinin 53,6%-i (1 mlrd. 147 mln. 707,5 min manatı) xüsusi mülkiyyətə, 19,6%-i (419 mln. 630,8 min manatı) dövlət mülkiyyətinə, 16,3%-i (348 mln. 403,1 min manatı) xarici mülkiyyətə, 10,5%-i (225 mln. 115,9 min manatı) isə birgə (xarici qarışıq) mülkiyyət növlərinə aid edilən vergi ödəyicilərinin payına düşüb. 2 mlrd. 141 mln. 340,6 min manat məbləğində artıqödəmənin 9,4%-i (200 mln. 960,7 min manatı) neft sektorunda, 90,6%-i (1 mlrd. 940 mln. 379,9 min manatı) isə qeyri-neft sektorunda fəaliyyət göstərən vergi ödəyicilərinin hesabına yaranıb.
 
Qeyri-neft sektoruna aid edilən vergi ödəyiciləri üzrə 1 iyul 2017-ci il tarixə dövlət büdcəsinə yaranmış artıqödəmənin (1 mlrd. 940 mln. 379,9 min manat) ümumi borcun məbləğinə (1 mlrd. 137 mln. 686,2 min manat) qarşı faiz nisbəti 170,6%, nazirlik xətti ilə cari ilin yanvar-iyun ayları ərzində qeyri-neft sahələrindən dövlət büdcəsinə təmin olunan gəlirlərə (2 mlrd. 380 mln. 341,2 min manat) qarşı faiz nisbəti isə 81,5% təşkil edib.
 
Dövlət büdcəsinə olan artıqödəmə məbləğinin 2014-cü ildən etibarən əhəmiyyətli artımı əsas kapitala investisiyaların, o cümlədən tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitlərin, ölkə üzrə ümumi ixracın, o cümlədən qeyri-neft ixracının, eləcə də kredit qoyuluşlarının həcminin azalması şəraitində baş verib. Hesablama Palatası tərəfindən aparılan nəzarət tədbirlərinin nəticələri də nəzərə alınaraq dövlət büdcəsinə olan artıqödəmə məbləğinin əhəmiyyətli artmasını bir tərəfdən vergi inzibatçılığının proqnoz göstəricilərin icra olunması üzərindəki təzyiqlərinin güclənməsi ilə, digər tərəfdən isə vergi ödəyiciləri üzrə vergilərin könüllü bəyanetmə səviyyəsinin yüksək olmaması ilə əlaqələndirilməsinə imkan verir.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Özbəkistanda Azərbaycanın turizm imkanları təqdim olunub
19.11.2018
Bakı-Küveyt-Bakı marşrutu üzrə müntəzəm uçuşlar həyata keçiriləcək
19.11.2018
Neftin qiyməti bahalaşmaqda davam edir
19.11.2018
Bu il sənaye məhsullarının iyirmi iki faizi emal sektorunda istehsal edilib
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info