Ermənistan mətbuatı: “Əhalinin sayı durmadan azalır”
Tarix: 02.11.2017 | Saat: 17:15:00 | E-mail | Çapa göndər


Ermənistan mətbuatı ölkədə əhalinin sayının kəskin şəkildə azalması ilə əlaqədar həyəcan təbili çalır.
Yerli mətbuatın yazdığına görə, Ermənistanda əhalinin sayı sabit qaydada azalır ki, bu da ölkənin gələcəyini qeyri-müəyyən vəziyyətə salıb. Ölkənin milli statistika xidmətinin cari ilin ötən 9 ayında demoqrafik vəziyyəti əks etdirən rəqəmləri dərc etməsi vahimə yaradır.
Birinci diaqramda göründüyü kimi, 2008-ci ildən başlayaraq doğuşların sayı azalır. Cari ilin 9 ayında isə doğuşların sayı kəskin azalıb. Bu müddətdə Ermənistanda cəmi 27 min 655 uşaq doğulub.
Təqdim olunan 2-ci diaqramda isə ölüm sayının artması meyli əks olunub. Cari ilin 9 ayında Ermənistanda 20 min 658 ölüm qeydə alınıb. Lakin rəsmi statistikaya görə, əhalisinin sayı 3 milyondan bir qədər çox olan ölkə üçün bu qədər ölüm sayı faciədən başqa bir şey deyil.
Əhalinin azalmasına dəlalət edən emiqrasiya amili nəzərə alınmayıb. Əgər əhalinin ölkədən birdəfəlik və ya müvəqqəti olaraq köçüb getməsini də nəzərə alsaq, onda vəziyyətin doğrudan da vahiməli olduğunu və Ermənistanın gələcəyinin qaranlıq göründüyünü anlayarıq.
Yuxarıda göstərilən faktlar Ermənistan prezidenti Serj Sarkisyanın əhalinin sayını 4 milyona çatdırmaq haqqında proqramı, yumşaq desək, real deyil.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Ermənistanda qazın qiyməti artacaq
21.03.2019
“Ermənistan hakimiyyəti Qarabağ danışıqlarına hazır deyil“
20.03.2019
Dariqa Nazarbayeva Qazaxıstan parlamenti Senatının sədri seçilib
19.03.2019
Ermənistan Azərbaycanla azaraq sərhədi keçmiş vətəndaşların mübadiləsinə hazırdır
18.03.2019
Naxçıvanda Çanaqqala zəfərinin ildönümü qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info