Fənn kabineti “tarix muzeyi”nə çevirilib
Tarix: 02.11.2017 | Saat: 17:19:00 | E-mail | Çapa göndər


Xaçmazlı müəllim Sərxan Qəribov çalışdığı məktəbdə fənn kabinetini “tarix muzeyi”nə çevirib.
AZƏRTAC xəbər verir ki, Xaçmaz rayonunun Xudat şəhərində fəaliyyət göstərən 4 nömrəli məktəb-liseyin tarix kabinetində müxtəlif dövrlərə aid 250–dək eksponat qorunur.
Sumqayıt Dövlət Universitetinin məzunu olan Sərxan Qəribov səkkiz ildir şagirdlərə tarix dərsini tədris edir. Arxeologiyaya böyük marağı olan gənc pedaqoq şəxsi təşəbbüsü ilə tarixi əşyaları fənn kabinetinə toplayıb. İlk baxışdan tarix muzeyini xatırladan otaqda Azərbaycanla yanaşı Misir, Hindistan, Çin və başqa ölkələrə aid qədim əşyalar da var.
Burada qorunub saxlanılan tunc, orta əsrlər və ən yeni dövrümüzə aid saxsı qablar, geyim əşyaları, pullardan ibarət kolleksiya şagirdlər tərəfindən maraqla qarşılanır. Bu “muzey” haqqında eşidən valideynlər özlərində olan qədim əşyaları həvəslə məktəb-liseyə təqdim edirlər.
Sərxan Qəribov bildirir ki, tarixi eksponatların əhatəsində dərs keçmək şagirdlərə tarix fənnini daha yaxşı qavramağa, eyni zamanda, müxtəlif dövrlərin mədəniyyət nümunələri ilə yaxından tanış olmağa imkan yaradır.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info