Bakıda beynəlxalq təlim başlayıb
Tarix: 02.11.2017 | Saat: 17:22:00 | E-mail | Çapa göndər


Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı ilə Bakıda Xəzəryanı dövlətlərin xilasedici xidmətlərinin "Xəzər 2017" Beynəlxalq kompleks təlimi başlayıb.
 
APA-nın xəbərinə görə, təlimin ilk günündə FHN-nin Akademiyasında masaüstü taktiki təlim keçirilib. İştirakçılar əvvəlcə Akademiyanın həyətində Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. 
 
Sonra fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev təlimin mövzusu haqda qonaqları məlumatlandırıb. O bildirib ki, 2 gün davam edəcək təlimdə Azərbaycan FHN, Rusiya, İran, Qazaxıstan və Türkmənistanın aidiyyəti dövlət qurumlarının canlı qüvvəsi və texnikası iştirak edir: “Bundan başqa, Azərbaycanın digər müvafiq güc orqanlarının şəxsi heyəti, xüsusi texnika və avadanlığı da təlimə cəlb olunub”.
 
Nazir müavini Xəzəryanı ölkələrin iştirakı ilə ikinci belə bir tədbirin Bakıda keçirildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Xəzəryanı ölkələrdə neft-qaz hasilatı və emalı obyektləri fəaliyyət göstərir ki, həmin obyektlərdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyi, su hövzələrində insanların təhlükəsizliyi baxımından təlim çox əhəmiyyətlidir. E. Mirzəyev qeyd edib ki, Azərbaycan FHN və ölkənin digər güc strukturları (Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi və s.) təlimlərə 1014 nəfər şəxsi heyət, 700 nəfər xilasedici, 190-dan çox müxtəlif texnika, təyyarə, vertolyot və gəmilərlə qatılıb.
 
Təlimin növbəti mərhələsi sabah Bakının Qaradağ rayonu ərazisində keçiriləcək.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
“Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir“
19.04.2019
Almaniyanın Siegen Universitetinin müəllim və tələbə heyəti “Ulduz” Şokolad Fabrikində
19.04.2019
DGK əsassız ittihamlara söykənən etirazların əks olunduğu video ilə bağlı məlumat yayıb
19.04.2019
“Qanın milliyyəti yoxdur”
18.04.2019
“Bakcell” Formula 1 Azərbaycan Qran Prisinin ilk rəsmi dəstəkçisi oldu

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Bakıda Üçlük ölkələrin birgə ticarət sərgisi keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info