Bərbərlik fəaliyyəti ilə məşğul olanlar 4 və ya 2 faiz dərəcə ilə vergi ödəməlidir
Tarix: 02.11.2017 | Saat: 17:34:00 | E-mail | Çapa göndər


Bərbərlik fəaliyyəti ilə məşğul olan şəxslər dövlət büdcəsinə hansı faiz dərəcəsində vergi ödəməlidir? Ödənilmədiyi halda, vergi sanksiyasi nə qədər ola bilər?
Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən bildirilib ki, bərbərin vergi öhdəlikləri həmin şəxsin vergi mükəlləfiyyətindən (sadələşdirilmiş vergi, gəlir vergisi, ƏDV) asılı olaraq müəyyənləşdirilir.
Belə ki, fiziki şəxs sadələşdirilmiş vergiödəyicisi olduğu və vergi tutulan əməliyyatının həcmi ardıcıl 12 ay ərzində 200.000 manatdan artıq olmadığı halda, xərclər nəzərə alınmadan rüb ərzində təqdim edilmiş xidmətlərə görə vergi Bakı şəhərində 4 faiz, digər regionlarda isə 2 faiz tətbiq etməklə hesablanır.
Gəlir vergisinin ödəyicisi olduğu təqdirdə il ərzində əldə etdiyi gəlirlə həmin gəlirin əldə olunması üçün çəkilən sənədləşdirilmiş və Vergi Məcəlləsinin müddəalarına uyğun gəlirdən çıxıla bilən xərclərin fərqindən 20 faiz dərəcə ilə gəlir vergisinı hesablayaraq ödəməlidir.
ƏDV ödəyicisi olduğu halda isə, yuxarıda qeyd olunan qaydada hesablanan gəlir vergisi ilə yanaşı, 18 faiz dərəcə ilə ƏDV də tətbiq olunmalıdır.
Həmçinin nəzərə çatdırılıb ki, vergi müəyyən edilmiş müddətdə ödənilmədikdə ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün, ancaq bir ildən çox olmamaqla vergiödəyicisindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info