“Vətənpərvərliyin inkişafında oxu mədəniyyətinin rolu” layihəsinə start verilib
Tarix: 02.11.2017 | Saat: 17:35:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezideti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Yasamal rayon Gənclər və İdman İdarəsinin təşkilatı dəstəyi ilə Pənəliyev Samir Ramiz oğlu tərəfindən  “Vətənpərvərliyin inkişafında oxu mədəniyyətinin rolu” layihəsinə start verilib.
Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası yanında Gənclər Fondunun maliyyə dəstəyi və Yasamal rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Vətənpərvərliyin inkişafında oxu mədəniyyətinin rolu” mövzusunda tədbir keçirilib
Tədbirdə Gənclər Fondunun əməkdaşı Mübariz Qədirov, Yasamal rayon Gənclər və İdman İdarəsinin rəis müavini Ramil Cəbrayılov, Layihənin rəhbəri Samir Pənəliyev, "Asan Xidmət"-in əməkdaşı Rəbiyyə Cəfərova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Aygül Ağayeva və Yasamal rayon 53, 21, 13, 158 və 167 saylı tam orta məktəblərin müəllim və şagird kollektivi iştirak etdilər.
Tədbir iştirakçıları ilk öncə Mərkəzin “Muzey” bölməsi ilə tanış oldular.
Tədbiri giriş sözü ilə Yasamal rayon Gənclər və İdman İdarəsinin rəis müavini Ramil Cəbrayılov açaraq, Azərbaycan gənclər siyasətinin əsas istiqamətinin ölkəmizin gənci, onun arzu və ehtiyaclarını ödəmək üçün qurulmuş bir siyasət olduğunu bildirdi.
Daha sonra layihənin rəhbəri Samir Pənəliyev öz çıxışında qeyd etdi ki, “Vətənpərvərliyin inkişafında oxu mədəniyyətinin rolu” layihəsinin əsas məqsədi Bakı, Sumqayıt, Gəncə şəhəri və İsmayıllı rayonunda yaşayan 14-17 yaş arası yeniyetmələr və 18-29 yaş arası gənclər arasında Azərbaycan elmi və bədii ədəbiyyatı nümunələri əsasında oxu mədəniyyəti və vətənpərvərliyin təbliği ilə bağlı informasiya çatışmazlığını aradan qaldırmaq və bu sahədə təcrübənin inkişaf etdirmək, dövlətin və millətin mənafeyini hər şeydən üstün tutmağı yeniyetmə və gənclərimizə çatdırmaqdır.
Digər qonaqlarda öz çıxışlarında yeniyetmə və gənclər arasında vətənə hörmət hissinin aşılanması, oxu mədəniyyəti və vətənpərvərliklə bağlı yeniyetmə və gəncləri maarifləndirmək və onların inkişafına yönəlmiş bir sıra layihələrin həyata keçirilməsinin dövlətin gənclərə olan diqqət və qayğısının nümunəsi olduğunu qeyd etdilər.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı artır
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10704

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
4 Prezident və xanımı Bakıda Novruz şənliyində
5 Prezident Novruz bayramı münasibətilə xalqı təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info