İraqdan Türkiyəyə 100 milyard dollarlıq təklif
Tarix: 02.11.2017 | Saat: 18:53:00 | E-mail | Çapa göndər


İraq Türkiyəyə “İŞİD” terror təşkilatından azad edilmiş ərazilərin yenidən qurulması üçün təklif irəli sürüb. Bu haqda Türkiyənin “Star” qəzeti məlumat yayıb. İraq Planlaşdırma Nazirliyinin yaydığı məlumata görə, ticarət naziri (müvəqqəti səlahiyyətlərini icra edən) Salman əl-Cəmili və Türkiyənin İraqdakı səfiri Fatih Yıldız Bağdadda görüşüblər.
Salman əl-Cəmili İraqın bölgələrində aparılan abadlıq işlərinə diqqət çəkərək: “Türkiyəni müharibənin təsiri ilə dağılmış bölgələrin bərpasına dəvət edirik. Bölgələrdə infrastrukturun yaxşılaşdırılması, xəstəxanalar və məktəblərin tikintisi ilə yanaşı türk şirkətlərinə yeni investisiya mənbələrini də təklif edirik”, - deyə bildirib. İraqın bütün sərhədlərinin Mərkəzi Hökumətin nəzarəti altında olacağını qeyd edən Salman əl-Cəmil, hadisələrin bu cür inkişafının qonşu ölkələrlə ticarət əlaqələrinin daha da böyüyəcəyinə təsir edəcəyini deyib. Türkiyə səfiri Fatih Yıldız isə öz çıxışında Türkiyənin İraqın dağılmış bölgələrinin yenidən qurulmasına hər zaman dəstək verəcəyini vurğulayıb.
İraq hökumətinin ötən aydakı açıqlamasına görə, “İŞİD”-lə mübarizədə ölkənin zərər gördüyü şimal və qərb bölgələrindəki abadlıq işlərinin dəyəri 100 milyard dollara yaxındır.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info