Azərbaycan və Ukrayna arasında gənclər və idman sahələrində əməkdaşlığa dair niyyət protokolu imzalanıb
Tarix: 02.11.2017 | Saat: 18:56:00 | E-mail | Çapa göndər


Kiyevdə Azərbaycan və Ukrayna arasında gənclər və idman sahələrində əməkdaşlığa dair niyyət protokolu imzalanıb.
Niyyət protokolunu Ukrayna Ali Radasının ailə məsələləri, gənclər siyasəti, idman və turizm komitəsinin sədri Artur Palatnıy və Azərbaycan Respublikası Milli Məclisinin gənclər və idman komitəsinin sədri Fuad Muradov imzalayıblar.
Azərbaycan və Ukrayna parlamentləri arasında səmimi, dost münasibətlərin uğurla davam etdiyini vurğulayan A.Palatnıy bildirib: “Qarşılıqlı təcrübə mübadiləsi davam etdirilməlidir. Azərbaycana gəlib ölkənizdə görülən işlərlə maraqlanmaq istəyirik. Hər iki parlament gənclər və idman sahələrində əldə edilmiş təcrübəyə aid informasiya mübadiləsini həyata keçirmək üçün səylərini artırmalıdırlar”.
Həmkarını Azərbaycana dəvət edən F.Muradov ölkələrimiz arasında gənclər və idman sahələrində həll ediləcək bir sıra məsələlərin olduğunu vurğulayıb. Komitə sədri qeyd edib: “Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti dövlətimizin başçısı İlham Əliyevdir. Məhz bu baxımdan Azərbaycanda idmana çox böyük diqqət göstərilir. Hər iki ölkə gənclər və idman sahələrində problemlərin həlli istiqamətində ikitərəfli əməkdaşlığın inkişafı üçün qarşılıqlı fəaliyyət göstərməlidirlər”.
Azərbaycanın Uşaq-Gənclər Futbol Federasiyasının (UGFF) prezidenti, deputat Rauf Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda güclü Olimpiya hərəkatının formalaşdığını vurğulayıb: “Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Ölkəmizdə idman infrastrukturu tamamilə yenidən qurulub, müasirləşdirilib”.
Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bildirib ki, hər iki ölkənin parlamentləri əməkdaşlığın dərinləşməsi üçün üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirlər. Azərbaycan-Ukrayna əlaqələri müxtəlif sahələrdə uğurla inkişaf edir. Bu münasibətlərdə hüquq əməkdaşlıq da xüsusi yer tutur. İki ölkə arasında imzalanmış dövlətlərarası müqavilələr çərçivəsində səmərəli qarşılıqlı fəaliyyət həyata keçirilir.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
18.01.2019
İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info