Qeyri-rəsmi məşğulluqla mübarizə sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılıb
Tarix: 02.11.2017 | Saat: 19:09:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidentinin 2017-ci il 17 mart tarixli 2760 nömrəli Sərəncamı ilə yaradılan Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasına üzv qurumların nümayəndələri əmək bazarı iştirakçılarının qanuni mənafelərinin müdafiəsi və qeyri-rəsmi məşğulluqla mübarizə sahəsində Türkiyə təcrübəsinin öyrənilməsi üçün qardaş ölkənin Ankara şəhərində səfərdə olublar. Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin dəstəyi ilə baş tutan işgüzar səfərdə , 8 nəfərdən ibarət Azərbaycan nümayəndə heyətinə rəhbərliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov edib. 
Səfər zamanı Türkiyə Respublikasının Çalışma ve Sosyal Güvenlik Bakanlığında müstəşar Ahmet Erdem və Xarici İşlər İdarəsinin rəhbəri cənab Oğuz Tuncay, həmçinin Türkiye İş Kurumu Genel Müdürlüğünün rəhbəri cənab Cafer Uzunkaya, Sosyal Güvenlik Kurumu Başkanlığının rəhbəri dr.Mühiddin Şahin və digər yüksək rütbəli rəsmilərlə işgüzar görüşlər keçirilib. 
Görüşlərdə əmək münasibətlərinin tənzimlənməsi, işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, işçilərin sosial müdafiəsinin gücləndirilməsi və s. sahələrdə hər iki ölkədə aparılan işlərlə bağlı qarşılıqlı məlumatlar verilib. Komissiyaya üzv qurumların nümayəndələri Türkiyədə əmək bazarı iştirakçılarının qanuni mənafelərinin müdafiəsi, tibbi sığorta sistemi, işsizlikdən sığorta, istehsalda bədbəxt hadisələrdən sığorta, pensiya sistemi, formal iqtisadiyyatın həyata keçirilməsi üçün xüsusi təşviq proqramları barədə, qeyri-rəsmi məşğulluqla mübarizə istiqamətində mövcud olan fəaliyyət mexanizmlərini və bu sahələrdə ölkənin mövcud iş təcrübəsini öyrəniblər. Üç gün davam edən səfər çərçivəsində qeyri-rəsmi məşğulluqla mübarizə sahəsində həyata keçirilən tədbirlərə və əldə olunan nəticələrə dair geniş təcrübə mübadiləsi aparılıb. 
Qeyd edək ki, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasına ölkədə işçilərin sosial müdafiəsinin daha da gücləndirilməsi, işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, habelə əmək münasibətləri iştirakçılarının digər əmək hüquqlarının və təminatlarının effektiv müdafiəsinin təmin edilməsi və bu sahədə dövlət orqanları arasında koordinasiya olunmuş siyasətin həyata keçirilməsi məqsədilə müvafiq tapşırıqlar verilib. 
Eyni zamanda qeyd olunan Sərəncama əsasən Komissiyanın cari fəaliyyətinin təşkili məqsədilə Katibliyin yaradılması qərara alınıb və Katibliyin funksiyasının həyata keçirilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib. Yaradılan Katibliyin tərkibinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vergilər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Statistika Komitəsi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi daxildir. 
Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr 2017-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı” təsdiq edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info