“Ortaq iş birliyi bölgənin təhlükəsizliyi və sabitliyi üçün əhəmiyyətlidir”
Tarix: 02.11.2017 | Saat: 19:52:00 | E-mail | Çapa göndər


Son günlər ərzində region dövlətlərinin rəhbərləri ilə görüşən Prezident İlham Əliyev bütün sahələr daxil olmaqla qarşılıqlı səmərəli əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə edib. Ekspertlər hesab edirlər ki, Prezidentin təşəbbüskarı olduğu bütün bu görüşlər çərçivəsində əldə olunmuş razılaşmalar yaxın gələcəkdə region üçün olduqca pozitiv nəticələr vəd edir. Bu, Azərbaycanın regionda lider rolunu, bölgədə təhlükəsizliyin təmin edilməsi və siyasi-iqtisadi əlaqələrin inkişafında oynadığı rolu aydın şəkildə nümayiş etdirir. Azərbaycan, İran və Rusiya arasında səmimi dostluq əlaqələri, qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq regionun aktual məsələlərinin həlli üçün böyük önəm daşıyır.
Azərbaycan-İran-Rusiya üçtərəfli görüşü zamanı bir sıra məsələlər müzakirə edilib. Üçtərəfli və ikitərəfli formatda iştirakçı ölkələr arasında iqtisadi-ticari sahədə əməkdaşlığın nəticələri nəzərdən keçirilib, bu istiqamətdə olduqca müsbət dinamikanın olduğu qeyd edilib və qarşıdan gələn dövr üçün potensial imkanlar nəzərdən keçirilib. Əsas diqqət enerji, gömrük, bankçılıq, yeni texnologiyalar, müştərək investisiyaların yatırılması, kənd təsərrüfatı və digər məsələlərə yönəldilib. Üç ölkə arasında enerji, neft-qaz hasilatı və ixracı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün müvafiq tədbirlər müzakirə mövzusu olub. Azərbaycan, İran və Rusiyanın enerji şəbəkələrinin birləşdirilməsi və bunun praktiki nəticələri müsbət qiymətləndirilib. Qarşıdan gələn dövrdə neft-qaz sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, bu sahədə yeni texnologiyaların tətbiqi və digər məsələlər nəzərdən keçirilib.

Üçtərəfli görüş dünya ölkələrinin mətbuatında geniş işıqlandırılıb
Türkiyənin “Hurriyet” qəzetində “Tam zafere dek işbirliği sürecek”, “Milliyet” qəzetində “İran, Rusiya ve Azerbaycan liderleri Tahranda buluşdu”, “Star” və “Guneş”qəzetlərində “İranda üçlü devlet başkanları zirvesi sona erdi”, “Dunya.com” saytında “Tahrandaki zirvede işbirliği vurğusu” və digər yazılar dərc edilib. İranın rəsmi xəbər agentliyi olan “İRNA”-nın yaydığı məlumata görə, bu il paytaxt Tehranda ikinci dəfə təşkil olunan Azərbaycan Prezidenti İlham Əliyevin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin üçtərəfli zrvə görüşü liderlərin imzaladığı birgə bəyanatla sona çatıb:” Burada çıxış edən zirvənin ev sahibi Ruhani Tehran bəyannaməsinin Bakıda alınan ortaq qərarların tamamı və onu daha da sürətləndirəcək olduğunu söyləyib. İran, Rusiya və Azərbaycanın neft və qaz sahəsində zəngin üç ölkə olduğunu deyən Ruhani bildirib ki, “bizim birgə səylərimiz ölkə iqtisadiyyatının daha sürətli inkişafına gətirib çıxaracaq”.
Ruhani, İran, Rusiya və Azərbaycan arasında yaranacaq birgə investisiya fondunun üç ölkə iqtisadiyyatının müxtəlif sahələrində güc və əməkdaşlıq potensialını artıracağını söyləyib.
Zirvədə regional mövzularla yanaşı, enerji, nəqliyyat və tikinti kimi ortaq iqtisadi əməkdaşlıq sahələrinə önəm verildiyini deyən dövlət lideri, İranın cənubundakı Bəndər Abbas Limanını Helsinkiyə bağlayacaq Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin İrandakı Rəşt-Astara hissəsinin yaxın zamanda tamamlanacağını deyib. Ruhani İran, Rusiya və Azərbaycan arasında neft tədqiqatı və investisiyalarla bağlı görüşlərin davam etdirildiyini qeyd edib.

Danışıqların əsas mövzusu iqtisadi məsələlər olub

Rusiya dövlət başçısı Vladimir Putin zirvə görüşündən sonra təşkil olunan mətbuat konfransında çıxışı zamanı Şimal-Cənub nəqliyyat dəhlizinin əhəmiyyətini vurğulayaraq, Rusiya, İran və Azərbaycanın adıçəkilən dəhlizdən daha yaxşı faydalanması üçün ortaq səylərini artırmaq niyyətində olduqlarını söyləyib.
Zirvədə regional təhlükəsizlik və terrorla mübarizə məsələlərinin da müzakirə edildiyini deyən Putin bildirib ki, görüşün əsas mövzusunu iqtisadi mövzular təşkil edib. Putin, Rusiya, İran və Azərbaycanın bölgənin karbohidrogen baxımından zəngin ölkələri olduğunu vurğulayaraq, "Biz, bir-birimizlə rəqabət deyil, bu sahədə birlikdə ortaq iş birliyi üçün çalışırıq” -deyib.
Azərbaycan Prezidenti İlham Əliyev ortaq iş birliyinin Azərbaycan, Rusiya və İrana iqtisadi sahədə təsir etməklə yanaşı, bölgənin təhlükəsizlik və sabitliyi üçün də əhəmiyyətli olduğunu bildirib.
Zirvədən sonra Putin, Əliyev və Ruhani birgə bəyannaməni imzalayıblar.
Qeyd edək ki, ötən ilin avqust ayında Azərbaycanın ev sahibliyi etdiyi üçtərəfli dövlət başçılarının zirvə görüşündə liderlər terrorizmlə mübarizə, Xəzər dənizinin hüquqi statusu, enerji və nəqliyyat dəhlizlərinin inkişafı ilə bağlı bəyannamə imzalayıblar.
Prezident İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin zirvə çərçivəsində Tehranda İran lideri Əli Xamenei və Prezident Ruhani ilə ayrı-ayrılıqda görüşlər keçirib.”

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Levan Çixeidze: Gürcüstan parlamenti Xocalı soyqırımını rəsmən tanımalıdır
21.02.2019
Müxalifət mitinqlərlə bağlı məsuliyyətdən niyə qaçır?
21.02.2019
Валентина Терешкова: не любить Азербайджан невозможно!
21.02.2019
Ərəstun Mehdiyev: Azərbaycan dövləti Əfqanıstan müharibəsinin veteranlarına hərtərəfli qayğı göstərir
20.02.2019
Öz liderinə xəyanət edənləri tarix bağışlamır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info