Samuxda məktəblilər arasında İntellektual Çempionat keçirilir
Tarix: 02.11.2017 | Saat: 20:44:00 | E-mail | Çapa göndər


Samux şəhərində ilk dəfə təşkil olunan “Məktəblilərarası I İntellektual Çempionat - Samux” layihəsinin açılış mərasimi baş tutdu. Layihə Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi, Günel Əhmədovanın rəhbərliyi ilə icra olunacaq.
Layihənin keçirilməsində əsas məqsəd şagirdlərin maariflənməsinə xidmət etmək, onların asudə vaxtlarını maraqlı təşkil etməklə, elmə, biliyə marağı artırmaq və vacib bacarıqların formalaşdırılmasına xidmət etməkdir.
Layihə Samux rayonuna tabe olan Sərkar kənd məktəbi və ətraf kəndlərdə fəaliyyət göstərən 8 kənd məktəbini əhatə edəcək. Layihə rəhbəri Günel Əhmədovanın sözlərinə görə ümumilikdə 8 məktəb və hər məktəbdən 6, 7 və 8-ci siniflər olmaqla 3 komanda iştirak edəcək. Çempionatın ilk oyun günü 6-ci siniflər, II oyun günü 7-ci siniflər, III oyun günü isə 8-ci siniflər yarışacaq. Hər günün sonunda qrupuna görə qalib komandalar müəyyən olunacaq. Növbəti gün isə bağlanış və mükafatlandırma mərasimi keçiriləcək. Bütün qalib komandalara kubok və medallar, bütün iştirakçılara isə iştirakçı şəhadətnaməsi təqdim olunacaq. Çempionatın sualları Azərbaycan tarixi, mədəniyyət və incəsənətinə aid olacaq. Eyni zamanda ümumi dünyagörüşünün qiymətləndirilməsi üçün də suallar veriləcək. Çempionatın formatı “Kim? Harada? Nə zaman?” intellektual oyununun formatına əsasən təşkil olunacaq.
Layihənin təşkilati dəstək tərəfi “Odlar Yurdu” Gənclər İctimai Birliyidir.
Layihənin icra müddəti 3 aydır və 22 sentyabr -22 dekabr 2017-ci ili əhatə edir.
Qeyd edək ki, layihə rəhbəri Günel Əhmədova Gəncə şəhərinin ictimai, siyasi həyatında, gənclərlə iş sahəsində öz fəallığı ilə seçilən aktiv gənclərdəndir. Hal-hazırda Samux rayon Sərkar kənd məktəbində tarix müəllimi işləyir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info