Kürdəmirdə yaradılan aqroparkda 250 iş yeri açılacaq
Tarix: 02.11.2017 | Saat: 20:47:00 | E-mail | Çapa göndər


Kürdəmir rayonunun Pirili massivində “QLOBAL-Aqro” MMC tərəfindən 2000 hektar sahədə aqropark yaradılıb.
AZƏRTAC xəbər verir ki, bu il aqroparkda 400 hektar sahədə qarğıdalı, 200 hektarda soya, 50 hektarda isə qarabaşaq əkilib. Müasir texnologiyanın tətbiqi, aparılan düzgün aqrotexniki qulluq öz müsbət nəticəsini verib və sahələrdə yüksək məhsul yetişdirilib. Hazırda məhsul yığımı davam edir.
İlkin mərhələdə 9 min tonluq anbar istifadəyə verilib. Yaxın gələcəkdə isə aqroparkda dənli bitkilərin saxlanılması üçün 27 min tonluq anbarın, müasir dəyirmanın, yağ və yem emalı zavodlarının, toxum emalı müəssisəsinin tikintisi nəzərdə tutulub. Yem zavodu gündəlik 100 ton, yağ zavodu isə 80 ton emal gücünə malik olacaq.
Aqroparkın texniki təchizatı üçün 26 ədəd yeni texnika alınıb, 28 ədədi isə sifariş olunub.
Qeyd edək ki, əkin sahələri “pivot” suvarma sistemi ilə təchiz edilib. Sahələri normal su ilə təmin etmək üçün Muradxan kanalının suötürmə qabiliyyəti də artırılıb.
Hazırda 60 nəfərin işlə təmin olunduğu aqropark tam gücü ilə fəaliyyətə başladıqda iş yerlərinin sayı 250-yə çatacaq.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Şahin Mustafayev: Hazırda Azərbaycanda 3 mindən çox türk şirkəti fəaliyyət göstərir
16.09.2019
KOBİA-nın stendi “Ən yaxşı sosial layihə” mükafatına layiq görüldü
16.09.2019
“Əsrin müqaviləsi” Azərbaycanın maraqlarına tamamilə cavab verirdi
16.09.2019
“Azərbaycanla qardaşlıq əlaqələri daha yüksək səviyyəyə qaldırılmalıdır”
16.09.2019
Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Estoniyada uğur qazanıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info