“The Washington Post” Metsamor ermənilərinin məzlum fotolarını yayıb
Tarix: 02.11.2017 | Saat: 21:18:00 | E-mail | Çapa göndər


Amerikanın “The Washington Post” nəşri Ermənistanın Metsamor şəhərində yaşayan sadə insanların səfil həyatı barədə foto-sessiya dərc edib.
Nəşrin əməkdaşı Stefano Morellinin qeydinə görə, Metsamorda ümumi sayı 10 min nəfərə yaxın olan əhalinin təqribən 1000 nəfəri atom stansiyasının işçiləridir. Erməni saytları yazır ki, amerikalı fotoqraf təqdim etdiyi fotolarla kiçik bir erməni şəhərindəki adi insanların rəzil həyatını çılpaqlığı ilə ortaya qoyub. Qeyd edək ki, Metsamor AES təkcə Ermənistan üçün deyil, həm də qonşu ölkələr üçün təhlükə mənbəyi olaraq qalır. Hələ 90-cı illərdə Litva Avropa Birliyinə qəbul edilərkən ölkə ərazisindəki Atom Elektrik Satansiyasının fəaliyyətinə xitam veriləməsi şərt kimi irəli sürülmüşdü. Xatırladaq ki, bu stansiya o dövrün ən optimal və müasir texnologiyası ilə təchiz edilmişdi. Lakin Litvadan fərqli olaraq, Ermənistanın Metsamor şəhərindəki atom stansiyası günün tələblərinə cavab verməyən köhnə reaktorlarla təchiz edilsə də, hələ də fəaliyyt göstərməkdədir.
Təbii ki, atom enerjisindən istifadə edən ölkə o quruğunun təhlükəsizliyini təmin edəcəyinə dair beynəlxalq aləm qarşısında öhdəlik götürməlidir. Maraqlıdır ki, əhalisi miskin gündə yaşayan Ermənistan yeni atom stansiyası tikmək iddiasına düşüb. Düşmən ölkədən verilən məlumata görə, onlar bu arzularını 2027-ci ilə qədər reallaşdırmaq niyyətindədirlər. Ermənistanın baş naziri Karen Karepetyan bu günlərdə verdiyi açıqlamada bəlağətlə ölkəsinin bu layihəni həyata keçirmək üçün çox böyük resurs və potensiala malik olduğunu bəyan edib: «Biz həmişə nüvə enerjisinə sahib olmağı planlaşdırırıq».
Sual olunur, dünya mətbuatında əks olunan miskin, sabaha ümidsiz insanlar hesabınamı? Təbii ki, «halva-halva deməklə ağız şirin olmur». Baş nazir Ermanistanın elə atom bombasız da, hər an partlaya biləcək bomba olduğunu unudurmu? Bəlkə də elə onun səriştəsiz fəaliyyətidir ki, ölkə əhalisini yarıdan çoxu miqrasiya yolunu tutub ölkədən qaçmağa can atırlar. Qalanlarsa, Metsamor şəhəri sakinləri kimi, çətin şərtlər altında həyatlarını davam etdirirlər.
Xatırladaq ki, sadə ermənilərlə yanaşı, artıq bəzi dövlət rəsmiləri də Ermənistandan qaçmaq yolunu tutmağa başlayıblar. Onlar bu vaxta qədər topladıqları sərmayələrini itirmək qorxusu altında öz bizneslərini xarici ölkələrə köçürməyə can atırlar. Müqayisə üçün Ermənistanın Dövlət gəlirləri komitəsi nin verdiyi açıqlamaya baxmaq yetərlidir. Qurumun verdiyi açıqlamaya görə, bu ilin səkkiz ayı ərzində 600 milyon dollar qeyri-qanuni yolla Ermənistandan çıxarılıb ki, ilin sonuna qədər bunun 1 milyard dollara çatacağı ehtimal olunur. Məzlum Metsamor sakinləri isə həsrətlə işıqlı gələcək həsrətindədirlər.
Ağasəf Babayev







 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info