BTQ-nin açılışı Monteneqro mediasının da gündəmində
Tarix: 02.11.2017 | Saat: 21:44:00 | E-mail | Çapa göndər


Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı Monteneqro mediasının da gündəmində olub. “Azərbaycanda dünyanın 100 layihəsindən biri hesab edilən
“Dəmir İpək Yolu”nun – Bakı-Tbilisi-Qars xəttinin açılışı olub” adlı məqalə Azərbaycan – Monteneqro Mədəni və İqtisadi Əlaqələr Mərkəzinin direktoru
Seyran Mirzəzadənin müəllifliyi ilə Monteneqronun www.dijaspora.news, www.volimpodgoricu.me saytlarında dərc olunub.
Yazıda müəllif Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə bağlı görülən işlər haqqında məlumat verib: “Bakı-Tbilisi-Qars dəmir yolu Çinin, Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdıracaq. Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə daşımaların həcmini artıracaq. Belə ki, üçüncü istismar ilində 3-5 milyon ton, beşinci istismar ilində 6-8 milyon ton yük, bundan sonra isə ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınacağı nəzərdə tutulur.
Prezident İlham Əliyev çıxışında vurğuayıb ki, Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihədir, qlobal və strateji əhəmiyyətli layihədir. Türkiyə Prezidenti R.T. Ərdoğan bu layihəni gələcək üçün çox mühüm addım adlandırıb. Gürcüstanın Baş naziri isə deyib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun uğuru öz növbəsində Çinlə ticari əlaqələrin genişlənməsinə kömək edəcək”.
Müəllif qeyd edir ki, BTQ dəmir yolu regionda turizmin inkişafına da güclü təsir göstərəcək: “Öz əhəmiyyətinə görə qlobal səciyyə daşıyan və Avrasiya məkanı üçün yeni yüksəliş layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti qədim İpək Yolunun polad magistrallar üzərində bərpasıdır və ümid edirik ki, gələcəkdə Balkan ölkələri ilə Xəzər regionu arasında nəqliyyat və ticarət əlaqələrinin inkişafına da təkan verəcək”.
http://volimpodgoricu.me/2017/11/01/u-azerbejdzanu-otvoren-jedan-od-100-najvecih-svjetskih-projekata-zeljeznica-na-putu-svile-baku-tbilisi-kars/

http://www.dijaspora.news/u-azerbejdzanu-otvoren-jedan-od-100-najvecih-svjetskih-projekata-zeljeznica-na-putu-svile-baku-tbilisi-kars/

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
17.02.2019
Ötən il Azərbaycanda 868,6 ton yaşıl çay yarpağı istehsal olunub
16.02.2019
“Kuwait Airways” Bakıya aviareys açmaq niyyətindədir
16.02.2019
Ötən il ölkə üzrə 6,3 min ton tütün istehsal olunub
16.02.2019
Azərbaycan nefti bahalaşır
15.02.2019
Buzovnadakı psixonevroloji sosial xidmət müəssisəsinin açılışı olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info