“RİA Novosti”: Türkiyənin strateji yeri NATO yox, Avrasiyadır
Tarix: 03.11.2017 | Saat: 00:05:00 | E-mail | Çapa göndər


“Yeni Avrasiya qütbünün formalaşması prosesi möhkəm rels üstünə çıxıb və proses Rusiya, Türkiyə və İranın əlinə keçib”

Məşhur türkiyəli siyasətçi, “Vətən” partiyasının lideri Doğu Perincək Rusiyanın “RİA Novosti” agentliyinə müsahibə verib. Perincək müsahibəsində bildirib ki, Türkiyənin NATO-dan uzaqlaşması və Rusiya ilə yaxınlaşması prosesi sürətlənəcək. Onun fikrincə, Türkiyə-Rusiya yaxınlaşması anlıq maraqların təmin edilməsi ilə yox, strateji maraqların üst-üstə düşməsi ilə bağlıdır:
“Yaxın perspektivdə Rusiya ilə Türkiyə arasında münasibətlər müsbətə doğru inkişaf edəcək. Ankara son vaxtlar təkcə Rusiya ilə deyil, eləcə də İran və İraqla da aydın, stabil, konstruktiv münasibətlər sferasına keçib. Tezliklə belə münasibəti Suriya ilə də görəcəyik. Bu birlikdən imtina etmək mümkün olmayacaq, çünki münasibətlər strateji xarakter daşıyır. Rusiya Türkiyə üçün strateji tərəfdaşdır. Buraya enerji təhlükəsizliyini də şamil etmək lazımdır. ABŞ-ın təzyiqlərinə baxmayaraq Rusiya ilə Türkiyə arasında iqtisadi münasibətlər qarşılıqlı maraqların təmin olunduğu platformaya keçib. Bizim ölkələrimiz arasında şəffaf iqtisadi fundament var və bu münasibətlər taktiki, müvəqqəti deyil, strateji xarakterlidir”. Doğu Perincək müsahibəsində bildirib ki, ABŞ PKK və onun Suriyadakı qolu olan “Demokratik İttifaqı” dəstəkləməklə Türkiyədə xaos yaratmağa çalışır: “Bu gün biz görürük ki, ABŞ birbaşa Türkiyə ilə toqquşur. Ona görə də Türkiyə qonşularla qarşılıqlı şəkildə addımlar atmalıdır, başqa yol yoxdur. Bərzani ABŞ-ın gizli razılığı ilə referendum keçirdi. Amma üstündən heç bir ay keçməmiş istefaya getdi və bu proses iflasa uğradı. Əgər, Türkiyə, Rusiya və İranın dəstəyi olmasaydı İraqda situasiya nəzarətdən çıxacaqdı”. Təcrübəli siyasətçi müsahibəsində bildirib ki, Suriya münaqişəsinin həlli ilə bağlı Cenevrə və Astana görüşlərinin sayəsində yeni Avrasiya qütbünün formalaşması prosesi möhkəm rels üstünə çıxıb və proses Rusiya, Türkiyə və İranın əlinə keçib.

Doğu Perincək:
“T ürkiyənin NATO-dan uzaqlaşması və Rusiya ilə yaxınlaşması prosesi sürətlənəcək”

Bu proses daha da inkişaf edərək qarşıdakı illərdə sıralarına Hindistan və Çini də qatacaq. Perincək deyib: “Gələcəkdə NATO-da Türkiyənin yeri yoxdur. Bu alyans Türkiyə üçün təhdiddir. Türkiyə artıq Şanxay Əməkdaşlıq Təşkilatının qapısını döyür. Türkiyənin strateji yeri Avrasiyadır. Biz görürük ki, Rusiya, Yaxın Şərq ölkələri, Hindistan, Çin, keçmiş SSRİ ölkələri Avrasiya platformasında birləşirlər. NATO-nun bu prosesə mane olmaq üçün Krım məsələsindən istifadə etməsi uğursuz olacaq. Ona görə də bizim hamımız, o cümlədən də Rusiya konstruktiv davranmalıdır”. Perincək Rusiyanın konstruktiv davranması deyərkən PKK-nın Suriya qolu olan PYD-yə Moskvanın münasibətinə işarə edib: “Rusiya PYD-yə münasibətdə diqqətli olmalıdır. Suriyanın şimalında olan PYD-yə ABŞ açıq şəkildə silah verir və bu proses Türkiyənin təhlükəsizliyinə təhdididir. Bu qrupun Rusiyaya heç bir xeyri yoxdur, ona görə də onlar üzərindən siyasi oyun aparmağa ehtiyac yoxdur. Mənim üçün aydın deyil-ABŞ-ın silahlandırdığı qrup Moskvada necə ofis aça bilir? Rusiya qarşılıqlı etimadı artırmaq üçün addımlar atmalıdır. Türkiyədə öz növbəsində etimad addımları atmalı, Rusiya ilə münasibətdə daha açıq olmalıdır. Qarşılıqlı etimad çox vacibdir, hər məsələdə bunu göstərmək lazımdır. Mən Rusiyaya da siqnal göndərirəm: Türkiyə cəmiyyətini narahat edən addımlar atmayın”. Perincək bildirib ki, ərazi bütövlüyü məsələsi önəmlidir: “Rusiyanın, Türkiyənin, İraqın ərazi bütövlüyünün qorunması prioritet və hər üç ölkənin ümumi vəzifəsidir. Bu ölkələrin dağılması layihəsi yeni deyil və hələ Birinci Dünya müharibəsi vaxtından mövcuddur”. Siyasətçi bildirib ki, Rusiya ilə Türkiyənin münasibətləri pisləşərkən bundan hər iki ölkə ziyan çəkib: “Həmin vaxt hər iki ölkənin maraqları zərər görürdü. Amma dövlətlər bir araya gəlməyə başlayanda birlikdə qazanclı çıxdılar. Qərblə olduğumuz müddət ərzində həmişə məğlub olurduq, Rusiya ilə dostluq etməyə başlayandan- 1919-23-cü illərdə müstəqillik savaşında qalib olduq. Mən Rusiyaya müraciət edirəm, qoy onlar Türkiyənin ərazi bütövlüyünün qorunmasına çalışsınlar. Çünki dünya siyasətindəki indiki vəziyyətdə bu, xeyir gətirəcək və nəticə etibarilə Rusiyanın bütövlüyünün qorunmasını təmin edəcək”. Onun sözlərinə görə, Türkiyə ilə Rusiya arasında sənaye, ticarət, turizm sahəsində qarşılıqlı maraqlara hesablanan sıx əlaqələr var. Perincək hesab edir ki, Krım məsələsinə görə olan baryerlər də aradan qalxacaq. Siyasətçi diqqəti ona yönəldib ki, iki dövlət arasında münasibətləri pozmaq istəyən çoxlu qüvvələr var: “Münasibətlərimizi sabotaj etmək istəyənlər çoxdur. 2015-ci ildə Rusiya təyyarəsini kim vurdu? Fətullah Gülənin tərəfdarları. Xatırlayan, bu hadisə bizim ölkələrin prezidentlərinin razılaşma əldə etməsindən sonra, Lavrovun İstanbula gələcəyi gün baş verdi. Hesab edirəm ki, münasibətləri sabotaj edənlərə qarşı dayana bilsək, Rusiya-Türkiyə əlaqələri hər iki tərəfin xeyrinə olacaq”. Perincək müsahibəsində onu da bildirib ki, tezliklə Ukraynada ABŞ-ın təsiri xeyli azalacaq və bu ölkə Avrasiya məkanında öz yerini tutmalı olacaq.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info