ABŞ Özbəkistan vətəndaşlarının ölkəyə girişinə qadağa qoya bilər
Tarix: 03.11.2017 | Saat: 00:25:00 | E-mail | Çapa göndər


ABŞ hakimiyyəti Nyu-Torkdakı terror aktından sonra Özbəkistan vətəndaşlarının ölkəyə girişinə qadağa qoyula bilər. Bunu jurnalistlərə Amerika prezidentinin mətbuat katibi Sara Sanders deyib. Özbəkistanın da qadağa siyahısına daxil edilib-edilməyəcəyi ilə bağlı suala Sara Sanders belə cavab verib: “Biz hazırda buna çağırış etmirik. Amma əlbəttə, istisna da deyil”. Oktyabrın 31-də əslən Özbəkistandan olan 29 yaşlı Sefullah Saipov idarə etdiyi avtomobili velosiped meydançasına sürüb, bir neçə nəfəri vurub, daha sonra isə atəş açıb. Hadisə nəticəsində 8 nəfər ölüb, 12 adam xəsarət alıb. Seyfullah Saipov polis tərəfindən saxlanılıb. İnsident terror aktı elan edilib. ABŞ prezidenti Donald Tramp Nyu-York hücumu üzrə cinayət işində ittiham olunan Sefullah Saipovun ölüm hökmünə layiq olduğunu bildirib. Dövlət başçısı bu barədə fikrini özünün “Twitter” səhifəsində yerləşdirib. Tramp bir qədər əvvəl ABŞ-a immiqrasiya vizaları almaq üçün keçirilən lotereyanın ləğvi barəsində Konqreslə müzakirəyə başlamaq niyyətində olduğunu deyib. ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi Saipovun 2010-cu ildə ölkəyə məhz lotereyada udduğu viza ilə gəldiyini dəqiqləşdirib. “Nyu-York terrorçusu öz xəstəxana palatasında “İŞİD” bayrağının asılmasını vəcdlə xahiş edib. O, səkkiz nəfəri öldürüb və 12-sini ağır yaralayıb, ölüm hökmü almalıdır”, - dövlət başçısı belə yazıb. Donald Tramp, həmçinin Saipovun ABŞ Hərbi Dəniz Qüvvələrinin Kubada yerləşən Quantanamo bazasındakı xüsusi həbsxanaya göndərilməsi imkanlarını da nəzərdən keçirir. Terrorçuluq maddəsi üzrə ittiham olunan Saipovu ya ömürlük həbs, ya da edam cəzası gözləyir. Federal Təhqiqatlar Bürosunun məlumatına əsasən, terrorçu hücumu həyata keçirmək üçün qəsdən Hellouin bayramını seçib. Belə ki, həmin gün küçələrdə çoxlu insan olur.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar
15.11.2018
Yaponiya yaxın 5 ildə 345 minədək əcnəbi işçi qəbul edə bilər
15.11.2018
Rusiya ilə danışıqlar 1956-cı ilin bəyanatı üzərində qurulub
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10479

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info