“Azərbaycan qadınlara ABŞ-dan da öncə seçki hüququ verən ölkə kimi tarixə düşüb”
Tarix: 03.11.2017 | Saat: 15:34:00 | E-mail | Çapa göndər


Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev noyabrın 1-də Qərbi Los Anceles Ticarət Palatasının (West Los Angeles Chamber of Commerce) dəvəti ilə palatanın üzvləri qarşısında Azərbaycana dair təqdimatla çıxış edib.
 
Qeyd edək ki, Los Ancelesdə yüksək nufuza sahib olan Palata özündə 1200-dən çox tanınmış şirkəti birləşdirir. Palatanın üzvləri qarşısında mütəmadi olaraq Los Anceles meri, ABŞ konqresmenləri və senatorları və digər Kaliforniya siyasətçiləri çıxış edir.
 
Baş Konsulluqdan  verilən xəbərə görə, N. Ağayev öncə Azərbaycanın müstəqillik tarixindən bəhs edərək ölkənin müsəlman dünyasında ilk dünyəvi respublika yaradaraq qadınlara ABŞ-dan da öncə seçki hüququ verən ölkə kimi tarixə düşdüyünü bildirib. O, Sovet İttifaqının süqutundan sonra Azərbaycanın yenidən öz müstəqilliyinə qovuşduğunu, 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqil dövlətçiliyin möhkəmləndirilməsi yolunda önəmli və ciddi addımların atıldığını, iqtisadiyyatın müxtəlif sahələrində mühüm islahatların aparıldığını diqqətə çatdırıb.
 
Azərbaycanda iqtisadi inkişafın bu gün sabit şəkildə davam etdiyini vurğulayan N. Ağayev ölkədə biznes mühitinin yaxşılaşdırılması istiqamətində hökumətin həyata keçirdiyi tədbirlər, qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi sahəsində atdığı addımlar haqda tədbir iştirakçılarını məlumatlandırıb. Diplomat Azərbaycan iqtisadiyyatına xarici sərmayələrin yatırılmasının önəminə toxunaraq ölkədə istehsal imkanlarının perspektivləri haqqında danışıb və Azərbaycanın regionda aparıcı iqtisadi göstəricilərə malik olduğunu qeyd edib.
 
Daha sonra N. Ağayev Azərbaycanla ABŞ arasında iqtisadi və biznes əlaqələrinin inkişafından bəhs edərək ölkədə çoxlu sayda ABŞ şirkətlərinin iqtisadiyyatın müxtəlif sahələrində uğurla fəaliyyət göstərdiklərini bildirib. Azərbaycanın təşəbbüsü və iştirakı ilə regionda həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələri barədə məlumat verən baş konsul, bir neçə gün öncə açılışı baş tutmuş Bakı-Tbilisi-Qars dəmir yolunun tarixi və strateji önəmini qeyd edərək bu dəmir yolunun Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol olduğunu söyləyib.
 
N. Ağayev Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti haqda da tədbir iştirakçılarını məlumatlandırıb.
 
Sonda baş konsul iştirakçıların çoxsaylı suallarını cavablandırıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Meksikanın Azərbaycandakı Səfiri Bərdə rayonuna rəsmi səfər edib
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”
15.11.2018
Xalq müxalifətin heç bir çağırışına dəstək vermir
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır
15.11.2018
Yaponiya televiziyasında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info