Azərbaycan və Rusiya arasında patent sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb
Tarix: 03.11.2017 | Saat: 15:05:00 | E-mail | Çapa göndər


Noyabrın 2-də Patent və Əmtəə Nişanları Mərkəzində Rusiyanın Ali Təhsilin Federal Dövlət Büdcə Təhsil Müəssisəsi "Rusiya Dövlət Əqli Mülkiyyət Akademiyası"nın rektoru İvan Blizneslə görüş keçirilib.
 
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən verilən məlumata görə, komitənin sədr müavini Niyazi Rəhimov Azərbaycanda patent hüququ obyektlərinin mühafizəsi sahəsində həyata keçirilən islahatlar haqqında məlumat verib. Bildirib ki, prezident İlham Əliyevin 10 fevral 2017-ci il tarixli fərmanına əsasən patent sistemində idarəetmənin beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə komitə tərəfindən “Patent və Əmtəə Nişanları Mərkəzi” publik hüquqi şəxs təsis edilib. Azərbaycanda qeyri-neft ixrac potensialının gücləndirilməsi, “Made in Azerbaijan” brendinin təşviqi istiqamətində ardıcıl islahatlar aparıldığını deyən N.Rəhimov yeni yaradılmış qurumun fəaliyyətinin bu sahədə mühüm olduğunu qeyd edib. O, əqli mülkiyyət sahəsində ölkələr arasında mövcud olan əməkdaşlıq münasibətlərinin inkişaf etdiyini də qonağın diqqətinə çatdırıb.
 
Rusiya Dövlət Əqli Mülkiyyət Akademiyasının rektoru İvan Bliznes də Azərbaycanın əqli mülkiyyət sahəsində mühüm nailiyyətlər qazandığını, patent sisteminin inkişafında qarşılıqlı əməkdaşlığın davam edəcəyini vurğulayıb.
 
Sonra Azərbaycan Patent və Əmtəə Nişanları Mərkəzi və Rusiya Dövlət Əqli Mülkiyyət Akademiyası arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Sazişi Patent və Əmtəə Nişanları Mərkəzinin baş direktoru vəzifəsini icra edən Günel Sevdimalıyeva və Rusiya Dövlət Əqli Mülkiyyət Akademiyasının rektoru İvan Bliznes imzalayıblar.
 
Sazişdə tərəflər arasında əməkdaşlığın həyata keçirilməsi, elmi-praktiki fəaliyyətin əsas istiqamətlərinə həsr olunan simpozium, konfrans, seminarların təşkili, birgə layihə, proqramların icrası, kadr mübadiləsi, informasiya dəstəyinin göstərilməsi, birgə materialların nəşri, həmçinin mərkəzdə akademiyanın tələbələrinin təcrübə keçmələrinə şəraitin yaradılması nəzərdə tutulub. 
 
Akademiyanın rektoru İvan Bliznes Patent və Əmtəə Nişanları Mərkəzində mütəxəssislər üçün yaradılan şəraitlə tanış olub, onların suallarını cavablandırıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
İyulda Bakıda Azərbaycan-Əfqanıstan Birgə İşçi Qrupunun ilk iclası keçiriləcək
25.05.2019
Bakı–Tbilisi–Ceyhan boru kəmərinə ilk neftin vurulmasından 14 il ötür
25.05.2019
Bakı Limanının əməliyyatlarının 85 faizi tranzit əməliyyatlarıdır
25.05.2019
“Made in Azerbaijan” məhsulları Çindao sərgisində nümayiş olunur
25.05.2019
Əmək və sosial müdafiə sahəsində Rusiya ilə əməkdaşlıq müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info