Aprel döyüşləri qəhrəmanları tələbələr arasında təbliğ edilir
Tarix: 03.11.2017 | Saat: 16:00:00 | E-mail | Çapa göndər


Azərbaycan Dillər Universitetində (ADU) “Gənc İstedadların İnkişafina Dəstək” İctimai Birliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə layihəsi əsasında “Aprel döyüşləri qəhrəmanlarının tələbə-gənclər arasında təbliği” adlı konfrans keçirilib.
Layihə “Gənc İstedadların İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan QHT-lərinin maliyyələşdirilməsi ilə bağlı 2017-ci il üçün 2-ci qrant müsabiqəsinin qalibi olub. Layihənin keçirilməsində Layihənin məqsədi Aprel döyüşlərində həlak olan şəhidlərin adlarının təbliği istiqamətində yeniyetmələrin, gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi, vətənimizin keşiyində duran oğullarımızın vətənə, dövlətə, torpağa bağlılıq hisslərini artırmaqdan ibarətdir.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Dillər Universitetinin Tərbiyə işləri üzrə prorektoru Sərraf Hüseynov ADU-da mütəmadi olaraq tələbələrə vətənpərvərlik ruhunun aşılanması, onlarda vətənə sədaqət hissinin gücləndirilməsi məqsədilə müxtəlif tədbirlərin təşkil olunduğunu deyib: “Aprel döyüşlərində həlak olan şəxslərin adlarının əbədiləşdirilməsi hər bir cəmiyyət üzvünün mənəvi borcu olmalıdır. Şəhidlərimizin qəhrəmanlığı bizim üçün örnək olmalıdır”.
Daha sonra Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov Aprel döyüşlərində həlak olan şəhidlərin xatirəsinin yad edilməsi münasibətilə keçirilən bu layihənin təqdirəlayiq olduğunu deyib: “Gənc nəslin nümayəndələri, gələcəyin əsgərləri Azərbaycan xalqının tarixi qəhrəmanlıq salnaməsini bilməlidir. Aprel döyüşlərində ordumuz tərəfindən göstərilən qəhrəmanlıq bizim öz torpaqlarımızı hər an geri qaytara biləcəyimizin daha bir nümunəsi oldu”.
Tədbirdə çıxış edən ATGTİ-nin daxili işlər üzrə icraçı direktoru Nurxan Babayev Respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrində tələbə-gənclər arasında Aprel döyüşlərinə həsr olunan konfransların, mühazirə və Dəyirmi masaların, vətənpərvərlik mövzusunda bədii qiraət gecələrinin təşkil edilməsinin təqdirə layiq olduğunu vurğulayıb. N.Babayev hər zaman tələbələrin bu kimi layihələrə daha da həvəslə yanaşdığını qeyd edib.
Tədbirdə Aprel döyüşlərində şəhid olan Mahir Mirzəyevin atası Sabir Mirzəyev oğlu ilə bağlı xatirələrini bölüşüb, onun daima öz istəklərinə nail olmaq üçün əlindən gələni etdiyini bildirib: “Mən oğlumun şücaəti ilə fəxr edirəm. Mahir Mirzəyev daima vətənini düşünən insan olub. Tələbələr xalqa və vətənə xidmət mövzularına daha yaxından bələd olmalı, vətənpərvər gənc kimi formalaşmalıdırlar”.
Daha sonra Böyük Vətən müharibəsinin iştirakçıları Böyük Vətən müharibəsində Azərbaycan övladlarının qəhrəmanlıqlarından bəhs edib və gənclərdə döyüş ruhunun yüksək olmasını vurğulayıblar. Sonda isə Azərbaycanın adını yüksəkdə tutan qəhrəmanlarımız haqqında videoçarx nümayiş olunub.

Tural




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Hərbi xidmətini başa vurmuş gənclərin Kürdəmirdə təntənəli qarşılanması mərasimi keçirilib
25.04.2019
Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi elan olunub
25.04.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Buzovnadakı 229 saylı uşaq bağçasında, Mərdəkandakı gimnaziyada və 32 saylı Laçın rayon məktəbində mövcud şəraitlə tanış olub
25.04.2019
“Bakcell” Formula 1 SOCAR Azərbaycan Qran Prisi 2019 yarışına hazırdır
25.04.2019
Azərbaycanda “İKT-də qızlar“ günü

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
3 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
4 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
5 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info